Moskvada iki il
Page 5 of 5 · 80%
Ənvər paşanın təklifi
Hələ Bakıda “Osobı otdel”in “mətbəx”ində müqəddəratımızı acizanə
gözləyib qaldığımız zaman Sovet hökumətinin bütün ġərq millətləri Avropa
kapitalizmə qarŞı ayağa qaldırmaq üçün tədbirlər gördüyünə aid hər gün yeni-yeni
məlumatlar alırdıq.
Vaxtilə Hindistanlı Bərəkətulla əfəndi, tatar məŞhurlarından ƏbdürrəŞid
Ġbrahimov və Musa Begiyevin Lenin və Stalinin məŞhur dekretlərini müdafiə
etmək üçün islam dünyasına etdikləri xitablardan xəbərimiz vardı. Bu dəfə isə
Bakıda məŞhur ġərq millərləri qurultayı toplanırdı. Qurultaya Rusiya idarəsində
olan türk-müsəlman millətlərdən baŞqa Rusiya sərhədi xaricindəki inqilabçı
ünsürlərin nümayəndələri də gəlmiŞdilər. günün ən sensiyalı hadisəsi Ənvər
paŞanın da bu münasibətlə Bakıya gəlməsi idi. PaŞanın müsəlman əhali tərəfindən
qarŞılandığına dair dastan və rəvayətlər saxladığımız həbsxananın səskeçməz
divarlarından nüfuz edərək bizə qədər gəlirdi. PaŞanın minmiŞ olduğu avtomobilin
ətrafını bürümüŞ qələbəlikdən hərəkət etməz bir hala gəldiyi, əlini, ətəyini,
maŞınını öpənlər olduğunu hər kəsin “aman paŞam, nə zaman qurtaracayıq?” deyə
ona xitab edildiyi kameradan-kameraya danıŞılırdı.
ġərq millətləri qurultayında paŞaya söz verməmiŞ, əksinə keçmiŞdəki siyasi
fəaliyyətini acı-acı tənqid edən bir nitqlə qarŞılamıŞlarsa da, lojada görünərgörünməz
bütün qurultay ayağa qalxmıŞ, onu əzəmətli bir Şəkildə, gurultulu
alqıŞlarla qarŞılamıŞlar.
1918-ci ildəki məğlubiyyətlərdən sonra Ənvər paŞanın Rusiyada necə peyda
olduğunun təfsilatını burada anladacaq deyiləm. Yalnız onunla Moskvada ikən
görüŞümdə bolŞeviklərlə hansı məqsədlərlə təmasa gəlmiŞ olduğuna və bu təmasın
nə kimi bir nəticə ilə bitdiyinə aid qeydlərimi birbaŞa və dolayısilə Stalinlə əlaqəsi
olduğu üçün burada təsbit edəcəyəm.
Moskvaya gəlib yerləŞdikdən sonra burada iki türk nümayəndəliyinin
olduğunu öyrəndik. Bunlardan biri Ankara hökumətini rəsmən təmsil edən Türkiyə
nümayəndəliyi idi. Digəri isə türk missiyası (Turetskaya missiya) deyilən ikinci bir
heyət idi. Bu, əsl Ġttihad və Tərəqqi liderlərindən Ənvər paŞa ilə Camal paŞanın
bütün islam dünyasını qurtarmaq qayəsilə təŞkil etdikləri “Ġslam Ġnqilab
Cəmiyyəti”nin bir bürosundan ibarət idi.
Ənvər paŞa məhrumla bu türk missiyası binasında görüŞdük. Onu daha
əvvəl 1918-ci ildə Ġstanbulda hakimiyyətinin ən yüksək pilləsində, hərbiyyə naziri
və baŞ komandan müavini olaraq görmüŞdüm. O zaman mən Ġstanbulda olan
Azərbaycan nümayəndə heyətinin sədri idim, ġimali Qafqaz, Gürcüstan və
Ermənistan cümhuriyyətlərinin nümayəndə heyətlərilə birlikdə Mərkəzi Avropa
dövlətlərinin səlahiyyətli nümayəndələrindən ibarət olacaq millətlərarası konqresdə
Qafqaz cümhuriyyətləri iŞlərinin müzakirəsini gözləyirdik. Bu münasibətlə
Ġstanbulda, hətta ondan öncə yenə Qafqaz iŞlərilə əlaqədar olaraq “Gülcamal”
paroxodu ilə gəldiyi Batumda paŞanı görmüŞ, müxtəlif vəsilələrlə onunla tez-tez
təmaslarda olmuŞdum. Onun idealist bir inqilabçı olduğunu bilir, islami bir
romantizm ruhu daŞıdığına vaqifdim.
Bu dəfə ona qırmızı Moskvada rast gəlirdim. Bir gün bəyan etdiyi arzuya
görə türk missiyasının katibi vəzifəsini ifa edən qafqazlı bir yoldaŞ vasitəsilə
onunla qarŞılaŞdım. Mənə təmsil etməkdə olduğu cəmiyyətin qayəsini anlatdı:
“Biz, dedi, bolŞeviklərlə müvafiq qaldıq. Ġslam dünyasındakı məhkum millətlərin
istiqlallarını qurtarmaq qayəsilə fəaliyyətə baŞlamıŞıq”.
Bu məqsədlə Berlində nəŞr etmiŞ olduqları bəyannamə və “Ürvətülvüska”
baŞlıqlı məcmuədən də bir nüsxəsini mənə verdi. XIX yüzilin ortalarına aid
ittihadi-islamçı məŞhur Cəmaləddin Əfqaninin vaxtilə nəŞr etmiŞ olduğu bir
qəzetin baŞlığını daŞıyan bu məcmuə mənə çox xarakterik göründü. Bir göz
gəzdirincə məcmuənin elə də çağdaŞ olmayan arxaik islami bir para məfhumlar.
ayətlər, hədislər və kliŞe təbirlərlə redaktə edilmiŞ olduğunu gördüm.
PaŞa izah edirdi: “Avropa imperializminin əlində əsir olan müsəlman
millətlər özlərini qurtarmaq üçün təŞkilatlanmalı; fəqət bu təŞkilatların aralarında
sıx bir rabitə və həmrəylik olmalıdır, yoxsa bütün bu hərəkatların müŞtərək qayə
naminə müŞtərək bir mərkəzə ehtiyacları vardır”.
Bu mərkəz isə paŞanın digər səlahiyyətdar yoldaŞları ilə birlikdə vücuda
gətirmiŞ olduqları cəmiyyət idi. PaŞa bu cəmiyyətə bizim partiyanın, yəni Milli
Azərbaycan “Müsavat” Xalq Partiyasının da qatılmasını istəyirdi; fəqət:
- “Müsavat” firqəsi Sovet hökuməti əleyhindəki müxalifətindən hələlik vaz
keçməli, bu hökumətə qarŞı hər cür qiyam niyyətlərindən uzaq olmalıdır. Çünki
Qızıl Orduya qarŞı heç nə edə bilməz; ən kiçik bir hərəkat nəticəsində məhvipəriŞan
olar, bundan da bütün Azərbaycan zərər görər, türklər və müsəlmanlar
qılıncdan keçirilərlər”, deyə Şərt qoyurdu. - Eyni vəziyyət Hindistandakı müsəlmanlar üçün varid deyildirmi, paŞam? -
deyə soruŞdum.
Bu suala verdiyi cavab hərəkat xəttini bolŞeviklərin Avropa kapitalistlərinə
qarŞı bütün ġərqi, ilk sırada müsəlman ġərqini ayağa qaldırmaq taktikasına
uyğunlaŞdırmaq qərarını vermiŞ bir adamın verəcəyi cavab idi. Məntiq və
səmimiyyətdən çox uzaq olan bu cavab məni təmin etmədi, təbii, ona: - PaŞam, - dedim, - qaye özü-özlüyündə mükəmməldir. Şərq millətləri və o
cümlədən müsəlman millətləri hürr və müstəqil olmalıdırlar. Biz azərbaycanlılar və
dolayısı ilə biz müsavatçılar bu dava uğrunda yanmıŞ insanlarıq. Fəqət, məncə,
diqqət ediləcək mühüm bir nöqtə vardır. Sizin təsəvvür etdiyiniz müsəlman
millətlərini qurtarma təŞkilatı ona görə bir növ internasionaldır. Sosialist
internasionalının mərkəzi Moskvadır; çünki Moskva sosializmin hal-hazırda
vuruŞan bir mərkəzidir. Milli istiqlal internasionalının mərkəzi də analoji olaraq
bu ideyanın həyata keçməsi üçün hal-hazırda mübarizə halında olan bir yerdə,
məsələn, Ankarada olması lazım gəlir. Yoxsa mərkəzi qırmızı Moskvada olacaq bir
müsəlman hərəkatı ümumi kommunist hərəkatının bir silahı olar. Belə olmaqdan
çıxmaq istədiyi gün isə mövcud Şərtlər daxilində məhv olduğu gündür, - dedim.
PaŞa təŞkilat proqramını bir kərə (K) bəylə (katib) ətraflı müzakirə etdikdən
sonra bir daha görüŞərik, deyə mövzunu dəyiŞdirdi və bir az sonra vidalaŞaraq
ayrıldıq.
Ənvər - Camal paşaların aqibəti
Bundan günlər, həftələr və aylar keçdikdən sonra paŞanın Türküstana
keçdiyi, orada “basmaçı” deyilən bolŞevik əleyhdarı milli Türküstan partizanlarının
baŞına keçib, Qızıl Ordu hissələrini müəyyən ərazidə qovduğunu və onunla
müzakirəyə giriŞmək istəyən Moskva nümayəndələrinə Türküstandan çıxmaları
xüsusunda ultimatum verdiyi xəbəri Moskvada bomba kimi partladı. Bu xəbər hər
kəs üçün bir sürprizdi; hələ mənim üçün bu, yuxarıda anlatdığım təfsilata nəzərən,
çaŞdıracaq bir Şeydi. Ehtimal olunan “Müsavat” qiyamını təqdir etməyən paŞa necə
oldu bu qədər qısa bir zamanda bolŞeviklərin iŞ birliyi yaradılacaq dost deyil,
onlara qarŞı silah çəkiləcək düŞmən bir qüvvə olduqları qənaət və qərarına gəldi,
deyə heyrət içində qaldım. PaŞanın mənə etdiyi təklifi Moskvada ikən o zaman
Türküstanda gizli fəaliyyətdə olan Milli Birlik Cəmiyyəti liderlərinə də etdiyini və
bu fikrin onun kimi dostu Camal paŞa tərəfindən də müdafiə olunduğunu sonradan
öyrəndim.
Türküstanda Ənvər paŞanın sonu 1922-ci il avqustun 4-də intihara bənzəyən
bir igidlik içində yalın qılınc pulemyot atəŞinə hücum edərək Şəhid düŞməsinə
müncər olacaq faciələr cərəyan edərkən, dostu ilə müzakirə etmək üçün Rusiyaya
dönməkdə idi.
Ənvər paŞanın Türküstanda bolŞeviklər əleyhinə üsyan bayrağı qaldırdığı
xəbərini Tiflisdə eŞidən Camal paŞa Iran yolu ilə təkrar Əfqanıstana getmək üzrə
idi. 28 iyun tarixli “Izvestiya” qəzetinə göndərdiyi məktubunda paŞanın bu
hərəkatını “aləmi-islamın müttəhid cəbhəsində açılan bir rəxnə” deyə təsvir edirdi.
Fəqət Camal paŞanın dostu Ənvər paŞanın macərasından bu Şəkildə üz
döndərməsi bolŞeviklərin ona qarŞı əhəmiyyət və etimadını cəlb etmədi və Ənvər
paŞanın Şəhadətindən iki həftə öncə 21 iyulda Tiflisdə küçədə arxadan atılan bir
güllə ilə öldürüldü. Ənvər paŞa hadisənin cərəyan etdiyi günlərdə Stalin “Pravda”
qəzetində bir məqalə yazır, bu yazısında paŞa ilə bərabər Türküstan millətçilərini
imperializmin bir uŞağı olaraq tənqid edirdi. Stalinin Ənvər paŞa haqqında cəsur
olduğu qədər səbirsiz və ötkəm bir adam olduğu haqqındakı fikrini bilirdim.
Bununla bərabər, o, paŞanın idealizmini də etiraf edirdi.
Atatürk haqqında
Türkiyə məsələləri və ümumiyyətlə, şərqdə inqilab mövzuları ətrafında
söhbət etdiyimiz zaman (yoldakı söhbətlər əsnasında) Stalinin Atatürk haqqındakı
fikrini də eşitmişdim. Ümumi bir qayda olaraq strategiyanı və diplomatiyanı
nəfəslərində ram edən siyasi adamların ancaq böyük dövlət adamı ola bilmələrini
qeyd edən Stalin Atatürkün müqtədir bir dövlət və inqilab adamı olduğunu deyərdi,
eyni zamanda yeni ümumi bir qayda olaraq yaşadığımız əsrdə dövlət idarəsində
hüququ təmsil prinsipinin zehnlərdə olduqca yer etdiyini, Millət Məclisi olmadan
heç bir hakimiyyətin müvəffəqiyyətlə həyata keçməyəcəyini söyləyən bu diktator
Atatürkə deyir, gənc yoldaşları dəfələrlə rast gəldiyi müxalifət qarşısında
səbirsizlik göstərərək idarəni tamamilə öz əlinə almasını tövsiyə etmişlərsə də
Atatürkün bu fikrə ehtiyat edib yanaşmadığından bizə bəhs edirdi.
Türkiyə istiqlal hərbinin böhranlı günlərində
Yunanların bir ara ƏskiŞəhərə qədər gələrək Ankaranı Mustafa Kamal
hakimiyyəti günlərinin sayılmıŞ olduğunu düŞünürdü. Stalin baŞçılıq etdiyi
Millətlər Komissarlığının orqanı “jizn nasionalnostey” qəzetində əfkari-
ümumiyyətlə Ankaranın süqutuna hazırlayan bir məqalə dərc etdi. Məqalə
Türkiyənin məğlubiyyətinin səbəbini Kamal siyasətinin milliyyət məsələsində
göstərdiyi geriliyə, Şovinist prinsiplərindən ayrılmasına və zəhmətkeŞ siniflərin
mənafeyini təqdir edən acizliyinə hücum edir, vəziyyəti xilas etmək üçün
hakimiyyətin daha əzmkar və idealist əllərə keçməsi lüzumunu irəli sürürdü. Eyni
zamanda siyasi dairələrə yaxın olanlar arasında Ənvər paŞanın komandanlığı
altında Qafqazın Türkiyə sərhədində sərhədi aŞmağa hazır hərbi hissələrin fürsət
gözlədiklərini əhəmiyyətlə təkrar edirdilər.
Fəqət bu dairələrin bəlkə də daxilən arzu edib gözlədikləri fəlakət yerinə
türkün dönük taleyinə enən zəfər günəŞi bütün görkəmi ilə parladı; bir gün sonrakı
qəzetlər türk istiqlal ordusunun qaçan iŞğalçıları Aralıq dənizinə tökmək üzrə
İzmiri hədəf alaraq irəlilədiyini xəbər verdilər.
Kitabxana.az · https://kitabxana.az/en/works/resulzade-stalinle-ixtilal-xatireleri-moskvada-iki-il
Use ← → keys to move, R for a random poem
More by this author
Hər kəs üçün birər inci işlədim,Özümə də bir qəsidə söylədim.
Nizaminin dünya ədəbiyyatındakı mövqeyiSöz meydanı indi bu gün mənimdir,Mənimkindən yüksək şer kimindir?!
"Pənc gənc" və yaxud "Xəmsə"Hazırladım mən əvvəlcə “Məxzəni”,Tutmadı zəiflik bu işdə məni.
Məxzən-ül-ƏsrarBismillah ər-Rəhman ər-RəhimHəst kəlid-e dər-e gənc-e həkim