Amalımız, əfkarımız ifnayi-vətəndir
Amalımız, əfkarımız ifnayi-vətəndir,Kinü qərəzü hirs bizə ziynəti-təndir,Əfal yox, ancaq işimiz lafi-dəhəndir,
Dünyadə əsarətlə bütün kam alırız biz,Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!
Əqrəb kimi neştər gücü var dırnağımızda,İslam susuz olsa, su yox bardağımızda,Hər küncdə min tülkü yatıb çardağımızda,
Min hiylə qurub, rütbəvü ikram alırız biz,Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!
Qafqazlı adı aləmə ikrah-rəsandır,Quldur, qoçumuz zülmdə məşhuri-cəhandır,Kim dersə tərəqqi edəriz, məncə, yalandır,
Büxlü həsədə adət edib, kam alırız biz,Qafqazlılarız, yol kəsiriz, nam alırız2
Biz xoşlamanıq dərsi ki, min məktəb açılsın,Gər min də məarif sözü dünyayə saçılsın,Məktəbdə nə hörmət ki, o samanə qaçılsın?
Meyxanədə votqa vurarız, kam alırız biz,Qafqazlılarız, məst olarız, nam alırız biz!
Avropalı öz millətin ihya edir, etsin,Şə’nü şərəfi-qövmünü i’la3 edir, etsin,İnsanlıq adın dəhrdə ibqa edir, etsin,
Qəflətdə yatıb, ad batırıb, nam alırız biz,Başə yumuruq zolladırız, kam alırız biz!..
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-amalimiz-efkarimiz-ifnayi-vetendir
Use ← → keys to move, R for a random poem
More by this author
Çatlayır, Xanbacı, qəmdən ürəyim,Qavışıb lap acığımdan kürəyim.
Daş qəlbli insanları neylərdin, İlahi?!Daş qəlbli insanları neylərdin, ilahi?!Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!Baği-şəhdə etdiyin işrət həlal olsun sənə!
Dərda ki, razi-pünhan, xahəd şod aşikara"Dil mirəvəd zidəstəm, sahib dilan xudara!Dərda ki, razi-pünhan, xahəd şod aşikara!"
Poems by other poets · Satire
Gündəlik qəzetələrdə dərc olunan sözlər edirHər tərəfdən hetərənlər-petərənlər elam,
Sərçə balladasıŞarj-nəzirə*Günlərin bir günündə
Böhtan yazılıbdırBu söz, a Baba, bizlərə çoxdan yazılıbdır,Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
Qarabağ qazisiEyləyibdir yenə, mən hiç nə bilməm, qazi,Xəlq arasında olubdur belə mülzəm qazi.