Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!Durmuş idim kuçədə, bir də nə gördüm, həmanAğrısını aldığım Feyzi gəlir lap piyan,Çatcaq urub bir qoca saili, qusdurdu qan,Gözlərinə döndüyüm sanki bir aslan imiş!Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!Sən öləsən, qoy hələ olsun əməlli cəvan,On beşə çatsın yaşı, cür’ətin etsin əyan,Bir qoçu olsun bu kim, aləmə salsın fəğan,Hər kəs ona söyləsin: Rüstəmi-dastan1 imiş!Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!Yaxşı olub mən bunun bəxtini çöndərmədim,Bir para pis işlərə fikrini döndərmədim –Qonşumuzun oğlu tək məktəbə göndərmədim,Doğrusu, məktəb demək guşeyi-zindan imiş!Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!Məktəbə getsəydi bu, boylə qalırdı məgər?!Dərs ilə olmazdımı bir ala-gic dəngəsər?Axşamacan mırt-mırt, heyvərəlik, əlhəzər!2Məktəbə məxsus olan hərzəvü hədyan imiş!Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!Həm də olurdu uşaq dərs ilə bəd’etiqad,Məzhəbə rəxnə vurub dinə salırdı fəsad,Dininə, ayininə etməz idi e’tiqad,Oğlumuzun, şükr kim, zatı müsəlman imiş!Bəxtəvər olsun başın, bəxtmiz oğlan imiş!Nəslimiz insan imiş!Elmü ədəb qan imiş!Baisi-xizlan imiş!Doğrudan, ay Xansənəm,Can sənə qurban, Sənəm,Nəslimiz insan imiş!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate