Bilməm nə görübdür bizim oğlan oxumaqda?!
Bilməm nə görübdür bizim oğlan oxumaqda?!Dəng oldu qulağım!Jurnal, qəzetə, hərzəvi hədyan oxumaqdaİncəldi uşağım!Əqlin aparıb bəs ki, baxır gündə qərayə,Ya Rəb, nə həmaqət,Söz etməz əsər, çarə qalib imdi duayə,Tədbir elə, övrət!Lənət sənə, ifritə, sənindir bu cəhalət.Etdin nə vəyanət!Səndən törənibdir bizim evdə belə bidət,Ey mayeyi- hiylət!Dutsun çörəyim gözlərinin ağü qarasın,Ey həmsəri- bədxah!Haşa, oda yaxmaz ana istəkli balasın,Kəssin səni Allah!Bu tifli oxutmaqlığa etdin məni tərgib,Hər eylədin iğva.İmdi nədi fikrin? İşimiz oldu bu tərkib,Yox çarəsi əsla.Heyhat ki, tədbir ola da xanəxərabə,Zail olub əqli.Dərsə, qəzetə, məktəbə, jurnalə, kitabəMail olub əqli.Yıxdın evimi, eylədin övladımı zaye,İş keşdi məhəldən.Mən anlamıram elm nədir, ya ki sənaye,bu əməldən!İstərdim o da mən kimi bir hörmətə çatsın,Dünyadə dolansın;Ta qol gücünə malik olub şöhrətə çatsın,Azadə dolansın;Bir vəqtidir imdi ki, olub Rüstəmi- dövran,Bir ad qazanaydı;Qarətlər edib ta ki, tapaydı sərü saman,Bir şey də qanaydı.Puç eylədin, övrət, bu gözəl, sadə cəvani!Dilbilməz oğul, vay!Rəngi saralıb, qalmıyıb əsla yarı cani,Bir gülməz oğul, vay!Ax, naxələf oğlum, nə çətin məşqə düşübsən,Ey kaş, usanaydın!Quidurluğa yox, elmə tərəf eşqə düşübsən,Bu qübhü qanaydın!Ey nuri- düçeşmim, oxumaqdan həzər eylə,Saləh vələd ol, gəl!At min, hünər öyrəş, məni də bəxtəvər eylə,bələd ol , gəl!Bəsdir oxudun, az qala canın tələf oldu,Bu kardan əl çək!Yazmaq, oxumaq başına əngəl- kələf oldu,Əşardan əl çək!Min elm oxuyub söz biləsən hörmətin olmazBu dari- cəhanda;Söz bəhrinə gövhər olasan qiymətin olmazbu zəmanda.Yox, yox, baxıram fikrinə, səndən oğul olmaz,Canın bəcəhənnəm!Mırt- mırt oxumaqdan, kişi, bir qan ki, pul olmaz!dəmadəm,elm fərahəm,Ol qüssəyə həmdəm;Ömrün olacaq kəm,Düşmən sənə aləm!..
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-bilmem-ne-gorurdur-bizim-oglan-oxumaqdan
Use ← → keys to move, R for a random poem
More by this author
Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm,Kipriyimlə asitanın gərdini pak eylərəm.
Qorxuram ("Payi-piyadə düşürəm çöllərə")Payi-piyadə düşürəm çöllərə, –Xari-müğilan görürəm, qorxmuram.
Qoyma, gəldi!Xan dostu, amandı, qoyma, gəldi!Didarı yamandı qoyma gəldi!
Qoyma gələ, saqiya, zahidi meyxanəyəQoyma gələ, saqiya, zahidi meyxanəyə,Dönməyə meyxanəmiz məscidi-viranəyə
Poems by other poets · Satire
Fələkin gərdişi-dövranına min lə’nət ola!Sərvətə qız satan insanına min lə’nət ola!
Özünü bəyənənəHey özündən deyirsən hər yerdə,Təpəyə dağ deməklə dağ olmaz.
Axunda müraciətAxunda, milləti etmə həvayiBizə lazım deyil bangi-dərayi
Orucluğun proqrammasıGəldi yenə orucluqMeydanə, ay can, ay can!