Çıxdı günəş, doldu cəhan nur ilə,Cütçü sürür tarlada cüt şur ilə.

Atlar, öküzlər kotana güc verir,Gah yürüyür, gah yıxılır, gah durur.

Cütçü batıb qan-tərə, yer şumlayır,Şumladığı tarlasını tumlayır.

Olsa da artıq nə qədər zəhməti -Işləməyə var o qədər qeyrəti.

Çünki bilir rahət əziyyətdədir,Şad yaşamaq səydə, qeyrətdədir.

İndi əgərçi ona zəhmət olar,Qışda əyali, özü rahət bular:

Cəm edəcək tarlasının hasilin,Bəsləyəcək həm ailəsin, həm də elin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets