"Həyat"ın "Gop-gop"una cavab
Bu tifl ki, nuri-bəsərü şireyi-candır,Tabi-tənü arami-dilü ruhi-rəvandır,Min zəhmət ilə bəslədiyin tazə cəvandır,Göndərmə bunu məktəbə, rəhm eylə, amandır!
Qoy kuçədə naz ilə xuram eyləsin oğlun!Öz xoşladığı əmrə qiyam eyləsin oğlun!
Bu bülbüli-şuridə ki, pakizə nəfəsdir,Aludeyi-qəm etməyə mail behəvəsdir,Bunca ki, gedib məktəbə, bildikləri bəsdir,Məktəbdir adı, leyk həqiqətdə qəfəsdir;
Qoyma o dağılmışda məqam eyləsin oğlun!Sübhün belə viranədə şam eyləsin oğlun!
Məktəbdə gedib dərs oxuyanları görürsən,Nitqi çəkilən tazə cəvanları görürsən,Qət’ən quruyub cismdə qanları, görürsən,Arifsən, özün yaxşı-yamanları görürsən,
Qıyma ki, gedib fikrini xam eyləsin oğlun!Ömrün qəmi-elm ilə təmam eyləsin oğlun!
Bavər edəməm elmdən olsun fərəh aid,Elm artıq olursa, həm olur qəm mütəzaid,İstərsən əgər oğlun edə kəsb fəvaid,Həm sərvəti zaid ola, həm miknəti zaid,
Tərğib elə ta kəsbi-həram eyləsin oğlun!Bir ad çıxarıb şöhrəti-tam eyləsin oğlun!
Biçarə kişi, qanmağa başın hələ keydir,Axır mənə bir söylə görüm, elm nə şeydir?Bilmək nə gərək kim, bu əlifdir, bu də beydir?"Həvvəz", sora "hütti", bu nə heydir, o nə heydir?
Qoy pul qazanıb, sədri məqam eyləsin oğlun!Bəy-xanlar ilə dəxl-kəlam eyləsin oğlun!
Gop-gop kimi bifaidə əhli-qələm olma,Ol Başıqapazlı, vəli BidərdüQəm olma, Qızdırmalı ol, Təşnələbü Didənəm olma,Molla Mozalanlara uyuş, möhtərəm olma,
Qoy Hop-hop olub, şöhrəti-tam eyləsin oğlun!Kəsbin buraxıb, şe’rə dəvam eyləsin oğlun!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-heyat-in-gop-gop-una-cavab
Use ← → keys to move, R for a random poem
More by this author
Madam ki, hamiyani-zülmətXoşlar ki, dəvam edə cəhalət;
Məsləhət ("Ağrın alım, ay Məşədi Sijimqulu")Ağrın alım, ay Məşəd Sijimqulu,Altmışa yetdin, demə oldun ölü,
Şirvan ("Şe’rimi, Molla dayı, zənbilə salsan, mənə nə?!")Şe’rimi, Molla dayı, zənbilə salsan, mənə nə?!Düşməyib ümdənü səhvən yada Şirvan, mənə nə?!
Bir cibimdə əskinasım, bir cibimdə ağ mənatBir cibimdə əskinasım, bir cibimdə ağ mənat,Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!
Poems by other poets · Wisdom and advice
Ey həmnişin ki, sən mənə qəmxar olmusan,Zənnim budur rəqibi-məni-zar olmusan.
YükümAtəş sallam cəsədinə, sən də nara yanarsan,Mən ki, Loğman şagirdiyəm, əmri-mahaldı yüküm.
Gönlümi aldun iy begüm bilimedüm ki kandadurGönlümi aldun iy begüm bilimedüm ki kandadurİllâ bilürem anı ki gönül alalı kandadur
VarQəmli könül şad olarmı?Əlbət dərdi-məlalı var.