Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!Ötüşdən çıxan bir cəmaət gəlir!Edib cümlə əqvamə səbqət, gəlir!Verib hər kəsə dərsi-ibrət, gəlir!Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!Çəkil, yol ver, at bağrı çatlatmışıq,Vurub yıxmışıq, tutmuşuq, atmışıq,Çapıb qovmuşuq, qan-tərə batmışıq,Yığıb milləti bir yerə qatmışıq,Müsavat, ədalət, üxüvvət gəlir!Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!Neçə əsrdir indi bil’ehtimam,Qoyub nami-milliyyətə ehtiram,Qoçaq, əlləşib çarpışıb sübhü şam,Xüsusən bu sonku beş ildə təmamEdib aləmə bəxşi-heyrət, gəlir!Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!Nədir, yoxsa zənnincə etdim xəta?Sus! Etməm xəta! Söyləməm nabəca!Məzah etmiş oldum sanırsan bəsa?Dodaqaltı gülmək nədir, söylə ya?Sənə bəlkə bunlar zərafət gəlir?Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!Buyur, qıl da dünyayə ətfi-nəzər,Müsəlman kimi kim olub bəxtəvər?!Bu Iran, o Türkiyə – həp bixətər,Əvət, başla Fasdan Xətayə qədər,Baxıldıqca qəlbə məsərrət gəlir!..Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!O Albanyada arnavud qeyrəti,Bu Qəzvindəki mürtəce hey’əti,Kiriddə müsəlmanların haləti,Buxarada məzhəbçilər söhbəti,Yəməndən də başqa rəvayət gəlir!Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!Bu Rusiyyənin əhli-imanlarıKi, yə’ni bu səmtin müsəlmanları,O yekşənbə, cüm’ə, bu dükkanları,O dum macərası, bu vicdanları,Hələ e’tirazə nə hacət gəlir?Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!Bu – Qafqaz, bu da – Qafqaz arifləri,Bu da – əhli-nazə təarüfləri,Bu millət yolunda məsarifləri,Bu da şanlı-şanlı məarifləri,Bunlardan dəxi boylə xidmət gəlir!Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!Bununla belə biz neçin bəxtiyar1Olub etməyək də hələ iftixar?!De, nöqsanımız hansıdır, zinhar?Bu – siyrət, bu – surət, bu – qeyrət, bu – ar...Bizə, ya, nə nisbətlə töhmət gəlir?Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!Həp əfradımızda bir əzmü səbat,Bu əzmü səbat ilə bulduq nicat,Bu gün cümləmiz bəkləriz bir həyat,Bir əhval, bir fikr, bir iltifat...Bu əfkarə qarşı nə diqqət gəlir?Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!Hanı bizdə, yahu, nifaqü təzad?Hanı bizdə həmdinimizlə inad?Bu – ülfət, bu – rəf’ət, bu da – ittihad!..Bax, iştə, bu – məclis, bu da – in’iqad!Nə mabeynə nifrət, nə lə’nət gəlir,Nə böhtan, nə hədyan, nə qeybət gəlir,Nə cib, nə cibişdan, nə rüşvət gəlir,Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland