Səradan bir dəli şeytan deyər: insanlar, insanlar!
Səradən bir dəli şeytan deyər: insanlar, insanlar!Nədir dünyanı dutmuş elmlər, irfanlar, insanlar!?
Qanan kim, qandıran kim, nəşri-irfan eyləyən kimdir?Sizi irşad edir görmürsünüz fəttanlar, insanlar!?
Ədəbdən, elmdən gər feyzyab olsa əvamünnas,Düşər şə’nü şərəfdən mollalar, işanlar, insanlar!
Sevərmi əhli-istibdad millət huşyar olsun?Buna razı olurmu bir neçə vicdanlar, insanlar!?
Ayılmış rəncbərlər, almaq istər həqqi-məşruin,Nə yerdə qalmısız bəylər, ağalar, xanlar, insanlar!?
Mühərrirlər, müfəttinlər usanmazlar, utanmazlar,Yazarlar hərzələr, əfsanələr, hədyanlar, insanlar!
Şərarətdən çəkib əl, xeyrə mail olmayın bir dəm,Kəsin başlar, alın canlar, tökün min qanlar, insanlar!
Bəşərsiz, sizdə qan tökmək təbiidir, cibillidir,Bu fitrətdən uzaqdır, şübhəsiz, şeytanlar, insanlar!
Deyilmi heyf dillərdən qübari-cəhl məhv olsun?Neçin hər gündə qandan qopmasın tufanlar, insanlar!?
Dəmadəm nəfsi-əmmarə deməkdə "üqtülül-ixvan",Neçin salim qala başlar, bədənlər, canlar, insanlar?
Cəhalət pərdəsin çak etməyin, onda görərsiz kim,Səradir cismlər, həm nəfslər, şeytanlar, insanlar!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-seradan-bir-deli-seytan-deyer-insanlar-insanlar
Use ← → keys to move, R for a random poem
More by this author
Şe’rimi, Molla dayı, zənbilə salsan, mənə nə?!Düşməyib ümdənü səhvən yada Şirvan, mənə nə?!
Bir cibimdə əskinasım, bir cibimdə ağ mənatBir cibimdə əskinasım, bir cibimdə ağ mənat,Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!
AY HARAY!AY HARAY!Ay haray, bir neçə şair, neçə şair kimilər
DOĞRUDOĞRUDoğru deyən olsaydı yalançı usanardı,
Poems by other poets · Wisdom and advice
Balama çalsa layla bülbüllər,Balamı bəsləsə qızılgüllər,
“Ağlağan”“Yandıran bilirdim, yanan bilirdim,*Mən belə ağlağan bilməzdim səni”.*
YükümUstadımdan dərs almışam, ağlı kamallı yüküm,Dürrü mərcan cəm etmişəm, yaşıldı, aldı yüküm,
Ay ariflərAy ariflər, bir tərlanım uçubdu,Sağ əlimdən sol əlimə alınca.