Təhsili-elm
Təhsili-ülum etmə ki, elm afəti-candır,Həm əqlə ziyandır;Elm afəti-can olduğu məşhuri-cəhandır,Mə’rufi-zəmandır;Pəndi-pədəranəm eşit, ey sadə cəvanım,Yaxma qəmə canım!Xoş ol kəsə kim, vel dolanıb, dağda çobandır,Asudə həmandır!Elm içrə xəta olduğun ondan bilirəm kim,Bilsə nola hər kim,Elmə gəzənin küfrü zəbanlarda bəyandır,Təkfirə nişandır.Məktəb sənə xoş gəlməsin, ol cayi-xətərnak,Girmə ona çalak;Məktəb dediyin qeydi-dilü bəndi-zəbandır,Qarətgəri-candır.Çernil nədir? Ol qəlbi qara hoqqeyi-dilxun,Olma ona məftun!Ağ günlərini etmə qara, Allah, amandır!Bu rəng yamandır.Dəftər nədir? Ol hərzələrin həmdəmi-razi,Cövfi dolu yazi;Şairləri naqqal edib, avarə qoyandır,Bu mətləb əyandır.Ol başı kəsilmiş qələmin tutma belindən,Xövf eylə dilindən;Axırda çalar canını, bir əf’i ilandır,Əf’isə çalandır;Kağəz sənə ağ göstərir öz sineyi-safın,Guş eyləmə lafın;Çox tez qaralar qəlbi, mürəbbisi yamandır,Bir xırdaca yan dur.Ol zahiri sürxün ürəyi qarə qarandaş,Mirzalərə yoldaşQəlbində xəfi sirrini bildikcə yazandır,Əyyari-zəmandır.Derlər oxumuşlar: oxumaq yaxşıdır, əmmaVar bunda müəmma…Yaxşı nəzər etdikcə sərəncamı yamandır,Hər addımı qandır;Lağlağı, amandır,Qızdırmalı, yan dur,Sırtıq, Mozalan, dur!Hop-hop dilə düşdü,İş müşgülə düşdü,Çünki belə düşdü,İmdi balabandır…
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-tehsili-elm
Use ← → keys to move, R for a random poem
More by this author
Ağrın alım, ay Məşəd Sijimqulu,Altmışa yetdin, demə oldun ölü,
Şirvan ("Şe’rimi, Molla dayı, zənbilə salsan, mənə nə?!")Şe’rimi, Molla dayı, zənbilə salsan, mənə nə?!Düşməyib ümdənü səhvən yada Şirvan, mənə nə?!
Bir cibimdə əskinasım, bir cibimdə ağ mənatBir cibimdə əskinasım, bir cibimdə ağ mənat,Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!
AY HARAY!AY HARAY!Ay haray, bir neçə şair, neçə şair kimilər
Poems by other poets · Satire
Cəfərqulu xana*Nəzminin cavabın, ey taci-sərim,
NəzmEylədilər məsləhət bir neçə ağa, rəis,Ta açalar mədrəsə, məsləhəti-amra.
Göyə çıxdı“Bu vaxta kibi uçuruma düşüb məhv olanŞeyx Sənan və Xumarı təzə rejissor bu axır
Heykəl xəstəsiBir hekayə, bir novella yaza bilmirəm,Hıqqanıram dost-aşnaya məktub yazanda.