Zahidlərə
Aç dilini, yum gözünü, zahida,Vird oxu, heç anlama mə’nasını!
Baxma bir ibrətlə bütün aləmə,Görmə həqin nuri-təcəllasını!
Xüşk ibadətlə, quru zöhdləAnlama sən eşq müəmmasını.
Zöhdü öyüb, eyləmə inkari-eşq,Şəxs bulur eşqlə mövlasını.
Qeysə əbəs vermə cünun namını, –Görməyərək surəti-Leylasını.
Guşeyi-xəlvətdə oturma, kişi,Bilmə həqin guşədə mə’vasını.
Qəsdin əgər yar isə, gəl, göstərim,Varsa gözün, eylə təmaşasını.
Sən’ətə bax, saneinə pey apar,Dərk elə keyfiyyəti-inşasını.
Leyk hanı səndə bəsirət gözü, –Ta görəsən vəchi-dilarasını?!
Hu çəkib axır gəzəsən kubəku,Tərk edəsən zöhd müsəllasını.
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-zahidlere-ac-dilini-yum-gozunu-zahida
Use ← → keys to move, R for a random poem
More by this author
Şəhim, tacidarım, qəvi şövkətim!Mələk – ehtişamım, fələk – rüf’ətim!
Arzu ("Nə dərs olaydı, nə məktəb, nə elmü sən’ət olaydı!")Nə dərs olaydı, nə məktəb, nə elmü sən’ət olaydı!Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!
Tapmacanın tə’biri (Nə lap kiçik, nə çox da çox iridir")Nə lap kiçik, nə çox da çox iridir,Qarnı yoğun, boynu da dam tiridir,
Bir bəhanə əldə ünvan etməli bundan sora!Bir bəhanə əldə ünvan etməli bundan sora!Büsbütün məxluqə e’lan etməli bundan sora!
Poems by other poets · Satire
Gəncə şəhəri və stasyonunda sərxoşlar gecə yoldan keçənləri rahat burakmıyorlar.*Əla ya əyyühəs-saqi dutub dünyanı sərxoşlar!
Nə faidəOlma vəfalı, əhdü vəfadən nə faidə?Ol biəda, vəfavü ədadən nə faidə?
Sür ömrünü, çək ləzzətini can ələ düşməzSür ömrünü, çək ləzzətıni can ele düşməz,Heç bir belə gün, bir bele dovran ele düşmez.
Mirzə MehdiyəEy Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;