Page 4 of 4 · 75%

Rövşən

Boks vurmaqda mən özüm də pis deyiləm.

Xəlil

Tap gətir, köməkli əzişdirək.

Rövşən (yavaşdan)

Humay bacı, bu kişi kimdir?

Humay

Nə bilim, Allah bəndəsi.

Rövşən

Başa düşdüm. (Xəlilə) Qohum, gedirəm düşməni axtarmağa. (Gedir)

Xəlil

Qohum? Mənə niyə qohum dedi?

Humay

Nə bilim? Rövşənin dalınca gedim, qorxuram xata çıxarda.

Xəlil

Yanınızca bir kişi xeylağı getsə, etiraz eləməzsiniz ki?

Humay

Nə deyirəm ki...

Danışa-danışa çıxırlar. Əliqulu, Nazlı və Səfər gəlirlər.

Əliqulu

Nazlı xanım, qardaşınız bir az şuluqluq eləyir.

Nazlı

Qardaşım?

Əliqulu

Bəli, az qala, məni bihörmət eləmişdi.

Nazlı

Hə, bildim. Eybi yoxdur, əhvalatdan xəbər tutandan sonra özü gəlib sizdən üzr istəyəcək. Deməli, sabah axşam mən oğlanı götürüb gəlirəm, sizinkilər də hazır olsunlar. (Çıxırlar)

Əliqulu

Oğlanı? Oğlan kimdir?

Səfər

Qardaşını deyir də... Bəs, tək gəlsin? Yəqin qardaşı özü gülü bülbülə təqdim eləyəcək.

Əliqulu

Qardaşı yaman davakardır. Gəlsə mərəkə qaldırmaz ki?

Səfər

Nə qaldırır, qaldırsın. Kaş ki, toy eləyək, Muradov əlimizə keçsin.

Əliqulu

İş lap yəqinləşdi. Arvadla məsələni təcili qurtarmaq lazımdır.

Səfər

Əlbəttə. Bilsələr ki, evlisiniz, yaxşı çıxmaz...

Əliqulu

Hərçənd ki, bir az ağlayıb-sızlayacaq, ancaq eybi yoxdur. Külək əsəndə toz qopar.

Səfər

Dəvə oynayanda qar yağar.

Azad, Səadət və Yasəmən əllərində gül gəlirlər.

Yasəmən (onlarla danışa-danışa)

Rövşən elə biabırçılıq çıxartdı ki, başımı götürüb qaçdım. (Birdən Əliqulunu görüb) Azad, qızın atasıdır, keç qabağa, təbrik elə!

Azad

Təbrik eləyirik. Bütün kollektiv adından, hansı ki, bizim rayonun maarif şöbəsinin müdiri Səadət xanım, gənc yazıçı...

Səadət

Azad, uzatma, iclasda danışmırsan ki?

Azad

Onda sözümü bitirərək deyirəm ki: bütün cavanlara qismət olsun!

Əliqulu utanıb başını aşağı salır.

Səfər

Çox sağ olun! Gəlin, bəylə də görüşün.

Əliqulunu göstərir. Hamı Əliqulu ilə görüşür.

Əliqulu

Utandığımdan dilim söz tutmur. Səfər, məndən əvəz təşəkkür elə!

Səfər

Bəy razılıq eləyir, hamınızı toya çağırır. İcazənizlə, gedək hazırlıq görək.

Əliqulu

Tut qolumdan.

Əliqulu ilə Səfər gedirlər.

Yasəmən

Bəs niyə Qumralın atasına bəy dedi?

Azad

Yəqin köhnə bəylərdəndir.

Qumral, Kamal və Nazlı gəlirlər.

Səadət

Bütün muradlarına çatmış sevgililərə eşq olsun, içində də sizə! Azad, bunların gülünü gətir, ver!

Azad

Yoldaşlar, bu gülləri sizə təqdim etməklə...

Səadət

Bir az yavaş danışa bilmirsən?

Azad (yumşaq səslə)

Bu güllər kimi təzə və ətirli olun! (Gülləri onlara verir)

Kamal

Bu günün qəhrəmanı Nazlı xanımdır.

Qumral

Güllər ona verilməlidir.

Gülləri Nazlıya verirlər.

Yasəmən

Bircə axırıncı pərdəm qalır. Orada da sizin toyunuz olacaq.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets