چیخارتدی خط و منم زلف مبتلاسی هنوزدوگون ساقالدی و باشیمده دور قراسی هنوز

Çıxartdı xət və mənəm zülf mübtəlası hənuzDüyün saqqaldı və başımdadır qarası hənuz

خطین غباری قویاشی اگر چه یاشوردیگوزیمی خیره قیلور یوزینین صفاسی هنوز

Xətin qübarı qoyaşı gərçi yaşırdıGözümü xirə qılır üzünün səfası hənuz

بهار ایدنده نه قانلار که تو کدی گوزلردنخزان اولاندا نلر ایلسون حناسی هنوز

Bahar edəndə nə qanlar ki tökdü gözlərdənXəzan olanda nələr eyləsin xınası hənuz

سو واردیلار قلیجیندان مگر گلستانی؟که بیر بیرینه قاوشماز گلین یاراسی هنوز

Su verdilər qılıncından məgər gülüstanı?Ki bir-birinə qovuşmaz gəlin yarası hənuz

حیات سویینه بیر داغ قویدی رشک لبینکه گیچدی عمر ابد توشمدی قراسی هنوز

Həyat suyuna bir dağ qoydu rəşki-ləbinKi keçdi ömri-əbəd düşmədi qarası hənuz

محیط عشق آرا، من اول حباب بی باکمکه گیتدی باشیم و باشیمده دورهواسی هنوز

Mühiti-eşq ara, mən ol həbabi-bibakəmKi getdi başım və başımdadır havası hənuz

Maqta — the closing couplet bearing the poet’s pen name. وصال امیدینه عمرین گچیتدی کوییندهیتیشمز ایشلرینه صائبین دعاسی هنوز

Maqta — the closing couplet bearing the poet’s pen name. Vüsal ümidinə ömrün keçirdi küyündəYetişməz işlərinə Saibin duası hənuz

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love