“Dil” gətirmək əmri verməmişdim, lakin bizim kəşfiyyatçılar bilirdilər ki, erməni əsirliyində çoxlu adamlarımız var, hər gətirilən girov onların bir neçəsinin azad olunması deməkdir.

Orucov ilk əməliyyatından böyük uğurla qayıtmışdı. Bütün tapşırıqları ən incə detallarınacan yeri-nə yetirməklə qalmayıb girov da gətirmişdi. Biz kəşfiyyatçılarımızın müşahidə ilə əldə etdiyindən əlavə girov gətirilən həmin əsgərdən də çox qiymətli məlumatlar aldıq, sonra üç nəfər mülki şəxslə dəyişdik.

Gözləmədiyim anda belə bir şücaət göstərən, düşmən əsgərini iyirmi-otuz kilometr içəridən qulaqlayıb gətirən zabitə çox güvənirdim. Məni düşdüyüm çətin vəziyyətdən xilas etsə, o edəcəkdi. Hərb tarixində, yəqin ki, bir briqada komandiri bir taqım rəhbərinə, bir polkovnik bir kiçik leytenanta bu qədər möhtac qalmamışdı. Mənimki şanssızlıq idi! Bir belə zəhmət çək, on kilometrlərlə döyüş xətti keç, neçə kənd azad elə, Murovda hərbi hissə yarat, səngər qaz, mina basdır, axırda altı nəfərin təsadüfən azıb-gedib düşsün düşmənin əlinə. O qədər hirsliydim ki, az qala kəşfiyyatçı kamuflyajı geyinib özüm girov gətirməyə gedəcəkdim.

Kiçik leytenant Orucovu həm də şəxsən tanımaq üçün çağırmışdım. Düzdü, qərargahda bir neçə dəfə görmüş, əl tutub görüşmüş, öz hörmətimi ifadə etmişdim, amma bölük komandiri ilə birlikdə iş otağına çağırıb söhbət etmək başqadır.

O, yığcam bədəni, təmiz çöhrəsi və sərt baxışları ilə qartala bənzəyirdi. Gözlərinin içinə baxanda əməliyyatı bacaracağına qəti şəkildə inandım. Hərbi formada, salam verdiyi yerdə çox əzəmətli görünürdü. Barmaqlarının ucunda da hərbçi dəqiqliyi vardı. Üz cizgiləri mənalı və sakit idi. Onu hövsələdən çıxarmaq, təmkinini pozmaq imkansız görünürdü.

Orucovu daha dərindən müşahidə etmək, səbrini yoxlamaq üçün “Azad” komandasını xeyli yubatdım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, 1. Komandir

Musa yaxınlıqdakı dağda ağ işıq gördü*Anamın itkin düşdüyünü eşidəndə səngərin yüz addımlığındakı uçurumun kənarından başımı çıxarıb bizi dayanmadan atəşə tutan düşmənin hərəkət istiqamətini izləyirdim. Xəbəri gətirən əsgəri tanımadım. Görünür, təzələrdən idi. Ön xəttə yeni gəldiyi hər hərəkətindən bəlli olurdu. Sürünə-sürünə yaxınlaşanda xeyrə gəlmədiyini anladım. Ağzını qulağıma yaxınlaşdırdı:

20187 min
Birinci hissə, 2. Zabil

İtib-eləməmişdim. Ortancıl qardaşımla kənddəydik. Anam da Qənbərlidən Cinliyə gəlmişdi. Biz kənddə qalıb həm həyət-bacaya göz olur, həm də heyvan saxlayırdıq. Kənddə yalnız kişilər qalmışdı. Hamı ailəsindəki arvad-uşağı Qənbərliyə, ya da Çulluya aparmışdı. Anam da Qənbərlidə əmimgildə qalırdı. Ara sakitləşəndə gəlib evə baş çəkir, yır-yığış edir, yemək hazırlayır, bostan belləyir, inək sağır, həyətdəki meyvələrdən mürəbbə bişirir, axşam düşəndə geri qayıdırdı.Gün əyilmişdi. Atam kənddə deyildi. Heyvanları örüşdən mən gətirəcəkdim. Qardaşım anamı kəndin ayağından Qənbərliyə ötürüb geri qayıtmalı, mal-qaranı yerbəyer etməliydi. Uzaqdan atışma səsi gəlirdi. Biz bu səslərə öyrəşmişdik. Xoşbəxtlikdən Fərrux dağı kəndimizi mərmidən qoruyurdu. Fərrux sıx meşələrə bürünmüş yamyaşıl bir dağ idi. Böyük qardaşım bu dağ uğrunda gedən döyüşlərdə iştirak eləmişdi. Əgər o və dostları olmasaydı, Cinlini çoxdan alardılar.

20184 min
Birinci hissə, 3. Komandir

Zabili görəndə ürəyim yerinə gəldi. İnşallah, anam da gəlib çıxardı. Hələ kənd tərəfdə qaraltılar görünürdü. Düzdür, bunların çoxu döyüşçülər idi, amma arada kənd adamları da gözə dəyirdi.Zabil suya-palçığa batıb tanınmaz hala düşmüşdü. Üstəlik ağlayırdı. O, dəhşətli hadisə görüb qorxmuş lal adama bənzəyirdi. Nəsə demək istəyirdi, bacarmırdı. Ağzını bir neçə dəfə açıb-yummaqla kifayətləndi və islanıb alnına yapışmış saçlarını qarışdırdı. Qohumlarsa təkidlə ondan anamı soruşurdular. Dedim, dəyməyin, bir az toxtasın, danışacaq.

20183 min
Birinci hissə, 4. Sevinc

Onunla heç vaxt anası haqqında danışmağa ürək eləmirdim. Ana kəlməsi işlənəndə dəyişib başqa adam olurdu. Susurdu. Qüssələnirdi. Tək qalmaq istəyirdi. Anası yalnız ona aid olan sehrli bir nəğməydi. Bölüşmürdü bu nəğməni. Sehrini itirəcəyindən qorxurdu.Briqada komandirliyindən çıxarıldığı gün dedim, ərizəni yaz, orduyla vidalaş, sənin dəyərini bilən yoxdur. Həm də yaşlanırıq artıq, uşaqlarımız böyüyür. Sən bu vətənin borcunu artıqlaması ilə vermisən.

20183 min

Poems by other poets