Dəmi-nəzi-rəvanda İsgəndərEylədi bir vəsiyyət ol sərvər-Ki, anama deyin bu göftari,Xəlqə ehsanım eyləsin cari.Leyk hər kəs çəkibdi dərdü bəlaYeməsin ol təamdən qəta.Çünki saz oldu neməti-əlvan,Qıldı anın vəsiyyətini bəyan-Ki, gərək əkl etsin ol adəmÇəkməyibdir cahanda möhnətü qəm.Mütənəbbih olub kəlamından,Hamı çəkdi əlin təamından.Çünki çəkmişdi hamı möhnətü qəm,Çıxmadı hiç bir nəfər xürrəm.Madəri-əşkbari-İsgəndərGərci olmuşdu zari-İsgəndər,Bildi ki, mərgə yoxdu bir çarə,Hamının qəlbinə dəyib yarə.Dilbəra, çox da çəkmə möhnətü qəm,Könlüvü eylə qəm günü xürrəm.Gərdişi-çərxi-kəcmədar keçər,Bu qəmü dərdi-ruzgar keçər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets