Bir nəfər şəxs gördü MəcnunuOl əsiri-bəlavü dilxunu.Bir qotur it alıb qucağinə,Dəmbədəm baş qoyur ayağinə,Gah öpür ol itin ayağından,Gah öpür şövq ilə dodağından,Deyir: – Ey pasibani-kuyi-həbib,Dərdi-pünhanıma bu gündə təbib.Ey olum bu ayağuva qurban –Ki, dəyib kuyi-yarıma hər an!Ey olum gözlərin nigəhbanı –Ki, görübdür cəmali-Leylanı!Bir nola, ey nəcibi-dövrü zaman,Sövti-çanbəxşüvə olum qurban!Tüklərin misli-udü ənbərdir,Dişlərin iqdi-dürrü gövhərdir.Sən tək ahusu yoxdu rizvanın,Səgi-Əshabi-Kəhf qurbanın.Dedilər: – Ey səfihü layələm,İtə bu qədr yalvarar adəm?Çəkdi Məcnun bir ciyərdən ah,Övci-ərşə uçaldı dudi-siyah.Dedi: – Çox kimsədən bu əladır –Ki, səgi-asitani-Leyladır.Gör ki, bir bu nə etibardədir,Gecələr asitani-yardədir.Belə it mən özüm olaydım kaş,Nəqşimi it çəkəydi ol nəqqaş.Fərqi vardır mənimlə, ey şeyda,Mən buna səg, budur səgi-Leyla.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets