Mircəfərə xitab (Ey, oğul bil ki, feyzi-rəbbani)
Ey oğul, bil ki, feyzi-rəbbaniNeçə əqsam edibdi dünyani.Bu qədər bil ki, xəlqi-həft iqlimRübi-məskunda kim, olubla müqimLövndə, təbdə deyil yeksan,Müxtəlifdir təbayeyi-insan.Məsələn, mülki-Zəngibarü Həbəş.Harrdır, xəlqi həm olur sərkəş.Təlxgöftar olulla, tündmizac,Qılmağa şərh bu deyil möhtac.Təbdə sərddir çü mülki-şimal,.Xəlqinə tünd olur dəxi əhval.Oların baisi hərarətdir,Bulara vasitə bürudətdir.Etidalə qəribdir İran,Məsələn, İsfəhan, həm Tehran.Bu yerin xəlqi cümlə zirək olur,Xoşzəban, xoşmizacü göyçək olur.Kim ki, bir yerdə etsə nəşvü nüma,Tərbiyət eylər ani abü həva.Necə kim, xaki-xitteyi-KaşanYetirir əhlini məxufü cəban.Necə kim, var şüyui Bəğdadın,Əhli tənbəl olur o bərbadın.Necə abü havadə var təsir,Həm səbəbdir bu əmrə nütfəvü şir.Ey xoş ol nütfeyi-bülənd-iqbalOla bir pak sülbdən inzal,Edə bir bəççədani-paki məqərr,Verə surət ona xudayi-süvər,Onu gərdun dəmi-viladətdəDoğa bir mötədil vilayətdə,Şiri-xalis, səfalı abü həva,Verə ol tifli-pakə nəşvü nüma,Hiç şək yox, o əhli-hal olur,Təbi xoş, sahibi-kəmal olur.Bavücudi ki, yoxdu bunda sözüm,Leyk bu əmrə qailəm mən özüm –Ki, nə qədr olsa şəxs naqabil,Tərbiyətlə yenə olur kamil.Nə o kamil ki, əkməliyyəti var,Cüzünün küllə mədxəliyyəti var.Cəhd qıl bəs sütudə-əxlaq ol,Əhli-zövq ol, məlihi-afaq ol.Xoşzəban ol, oğul, gülər üzlü,Milh göftarlı, şəkər sözlü.Cəhd qıl ta ki ey nəticeyi-nur,Verəsən qəlbi-mömininə sürur.Olma dilbəstə, ol cəbini güşad,Səni gördükdə mömin olsun şad.Olma dünyada qəmtərirü əbus –Ki, görənlər üzün ola məyus.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-mircefere-xitab-ey-ogul-bil-ki-feyzi-rebbani
Use ← → keys to move, R for a random poem
More by this author
Dəmi-nəzi-rəvanda İskəndərEylədi bir vəsiyyət ol sərvər –
İskəndərin vəqəsiSeyrə çıxmışdı bir gün İskəndər,Rast bir novcəvanə gəldi səhər.
Eşşəyini itirmiş kişiÖz ulağın itirdi bir nadan,Qaldı səhrada haimü heyran.
Musa peyğəmbər və yoxsulBir zaman Turə Həzrəti-MusaAzim olmuşdu, ol kəlimi-xuda.
Poems by other poets
Guş edin ərzimə yeksər, siz əya pirü cəvan,Bircə təmsil gəlib xatirimə, eylüm əyan,
Gəraylı: Məgər bir can nolur, bilməmMəgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
La'ali-Manzuma, chapter 36عنوان منزّه از نعوت است علیبر ذات حق آیت ثبوتست علی