Təxtə çıxıb qırmızıdon padşah,Günbədi-əflakə ucaltdı külah.Gəldi qabağə qolu bağlı pişik,Könlü sınıq, sinəsi dağlı pişik.Etdi ona şah itabü xitab,Söylədi key müfsidü aləmxərab!Neyləmiş idi sənə ol muşlər,Bəxti qəra fövci-siyəhpuşlər?Onları, zalım, elədin sən həlak,Zərrə qədər səndə məgər yoxdu bak?!Bilməz idin zalım olan xar olur,Keyfəri-əmalə giriftar olur!Bəs deyil idi sitəmi-masələf,Həm bu qədər ləşkəri etdin tələf?!Hiylə üçün gah qılırsan namaz,Gah alırsan əlüvə dəstəmaz.Zahid olub səbhə alırsan ələ,Ta qurasan muşlər üçün tələ.Gah qoyursan başuva əfsəri.Gah çəkirsən bizə bu ləşkəri.Bais olursan bu qədər qanə sən,Asi olursan niyə sübhanə sən?Çəkməsəm aləmdə səni darə mən,Asi olum qadiri-qəhharə mən!Eyləyim ol gunə səyasət sana,Ta ki siçanlar deyələr, “mərhəba!”Hökm elədi, dar ağacı qurdular,Boynunu zalım pişiyin burdular.Saldı boğazına siçanlar tənab,Vəhşət edib, qıldı pişik iztirab.Oldu o əsnadə bir atlı əyan,Qıldı təvəqqe ki, əya hökmran!Eyləmişəm dəhrdə xidmət sənə,Gəl bunu öldürmə, bağışla mənə.Bir də əgər etsə pişik bir günah.Öldür onu, ey şəhi-aləmpənah!Şah dedi: – Zalıma rəhm eyləmək.Öylədi ki, zülm işə etmək kömək.Qurda tərəhhüm əkər etsə çoban,Zülm qoyunlarə edib bigüman.Gər pişiyə rəhm eləsə bir nəfər,Zülm siçanlara edib müxtəsər.Çünki Hüreyrə pişiyin adıdır,Zişt olan yad onun yadıdır.Kim ki, Hüreyrə ola kəzzab olur,Gərçi özü zübdeyi-əshab olur.“Qibbənü hübbən” sözünü get oxu,Rəddinədir onda işarə çoxu.Anla hədisin dəxi mənasını,Həzrəti-peyğəmbərin imasını.Yəni ki çox gəlmə mənim yanımaVermə xələl məclisi-əvanıma.Şahi-siçan etmədi ondan qəbul,Getdi o kəs xəstəvü zarü məlul.Söylədi cəlladə ki, çək darə sən,Qalma təfəkkürdə, dil avarə sən!Dardə əndamını siz oxlayın,Bir keçən əhvalüvüzi yoxlayın.Başüvüzə nə gətirib bu pişik,Çəkdi siçan tutmağa daim keşik.Heç kəsin olmadı bir cürəti,Ta pişiyə eyləyə bu zilləti.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets