Orduların qarşılaşması
Gördü onun zurin o qevmi-zəif,Bildi yekayekdə deyillər hərif.Eylədilər onlara birdən hücum,Oldula məxlut cəhulü zəlum.Qoydu qılıc bir-birinə ol sipah,Gərd qopub, tirə olub ruyi-mah.Baş tökülüb xakə çu bərgi-xəzan.Hər tərəfə su kimi qanlar rəvan,Bir-birinə atdıla tirü xədəng,Qan tökülüb xakə, olub lalərəng.Püştə əyan oldu o gün güştədən,Bəxti-bədü taleyi-bərgəştədən.Sındı, o gün qaçdı siçan ləşgəri,Yarələnib əksəri durdu geri.Çünki gecə oldu, hamı etdi xab,Sübh tülu etdi yenə afitab.İki qoşun oldu mühəyya yenə,Şölə çəkib atəşi-dəva yenə.Bir-birinə dəydi yəminü yəsar,Meymənəvü meysərədə girü dar.Ox atılıb hər tərəfə qıchaqıc,Mərd ilə namərdə qılıcbaqılıc.Vurdu pişik qəlbi-sipahə özün,Ləşkəri-muşun o çıxartdı gözün.Şahi-siçan eylədi fəryadlər,Yəni, cavanlar, edin imdadlər!Qeyrətü himmət günüdür muşlər!Əhdü mürüvvət günüdür muşlər!Bu pişiyin atını bir neyləyin,Xakə yıxın, ömrünü teyy eyləyin.Çəkdi qılıc qeyrət edib bir siçan,Yetdi pişik şahına ol pəhlivan.Çaldı qılıc, şahın atın peylədi,Yağlı siçan türfə hünər eylədi.Şəh yıxılıb, qaşdı pişiklər hamı,Oldu siçanların o gün bayramı.Bağladılar qollarını təng onun,Eylədilər qətlinə ahəng onun.Ərşə çıxıb sövti-dəfü kərrənay,Etdilər urray, haray, ay haray!Oldu pişik şahı bizə dəstgir,Şiri-jəyanı elədik biz əsir.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ordularin-qarsilasmasi
Use ← → keys to move, R for a random poem
More by this author
Ya rəb, kim olur ərzimi cananə yetirsin,Dərdi-dilim ol xosrovi-xubanə yetirsin.
Gözüm səndən siva rüxsarəyə gər baxsa kur olsunGözüm səndən siva rüxsarəyə gər baxsa kur olsun,Deyim bundan bətər, vəslindən ey məhparə, dur olsun.
Cismdən can almağa gər olsa fərmanın səninCismdən can almağa gər olsa fərmanın sənin,Canə minnətdir olam, ey dust, qurbanın sənin.
O gün olsun ki, genə məclisə dilbər gəlsinO gün olsun ki, genə məclisə dilbər gəlsinÇıxıban bürcdən ol mahi-münəvvər gəlsin.
Poems by other poets
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Dünya, səndə nəyim qaldıEşit, deyim, dünya səndə,Ayım, ilim, yazım qaldı.
Şahpalut"Şahpalut" necə xoşca yaraşır aş üstə,Odə çox xoş yazasan göndərrəm baş üstə