Bir əkinçi gedirdi məstanə,Yolda ol rast gəldi bir xanə.Xanı görcək yazıq baş endirdi,Gör onu xan nə gunə dindirdi,Dedi: – Ey it, kənarə çıx yoldan!Nə çıxırsan donuz kimi koldan?Gördü bu iltifatı çün xandan,Zövqdən oldu gül kimi xəndan.Evinə daxil oldu xürrəmü şad,Övrəti onda gördü vəcdi-ziyad.Dedi: – Ey qaşı bir hilali-mübin,Xirmənin üstə xuşəçin Pərvin,Məzrəi-imtizacə danəfəşan,Sünbülə şəkli sünbülündən əyan.Nədi bu behcətü sürurə səbəb,Tez bəyan et görüm nədir mətləb?Dedi bəylər yanında xani-kübarYoldan ikram ilə edirdi güzar.Dayanıb xanə eylədim kürnuş,Məni dindirdi xani-sahibhuş.Dedi: – Bu olmaz ey büləndəxtər,Səni xan dindirə, edim bavər?Nə deyib xan sənə, bəyan eylə,Dürci-ləl aç, gühər fəşan eylə.Atılıb düşdü bir zaman dehqan,Həvəsi sakit oldu, qıldı bəyan.Dedi ki, xan dedi: – Çıx it yoldan!Nə baxırsan donuz kimi koldan?Bizə xan iltifatı peydadır,Bir səadətdü, feyzi-üzmadır.Bizə bu vəch iftixar olsun,Nəsl-binnəsl yadigar olsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets