Cana, bu sözlərin məni çox gətirdi riqqətə,Amma necə davam eyləyim dərdi-firqətə?

Bu dərdə bilmirəm bizi kim etdi mübtəla?Matü müəttələm, mən özüm bu məhəbbətə.

Qurtar məni, xilas eylə Allah rzasına,Didarımız qalacaqdır məgər qiyamətə?

Qəm güşəsində nalə çəkim mən nə vaxtadək?Min canım olsa, tab eyləməz bu müsibətə.

Allah görüm xarab eyləsin bu vilayəti,Lənət gələ bu ruzigarə, bu növ vilayətə!

Çarəm kəsildi, eyləmədin sən də bir əlac,İndi kimə gedim mən əlindən şikayətə?

Dərdi-dilimi kağıza yazmaq mahaldır,Billah, kitabətlə yetişməz nihayətə.

Bir rəmz, bir işarə kifayətdir arifə,Lazım deyil şərh verim bu hekayətə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets