Başev yedi, içdi, kefdən hallandı,Qarışdırma quşla quzu ətini.Hamı bildi Tunq bir azca dəyişib,Qarışdırma quşla quzu ətini.

Tunqun dili acılaşdı get-gedə,Dedilər ki, bu keçəndir, tez gedər,Qaratikan tez tökülər, gül bitər,Tunqu çox da danlamayın, çox, yetər,Qarışdırma quşla quzu ətini.

Açılmışdı bol süfrələr yan-yana,Məclis Tunqdan küsülüydü çox güman,Bicləmələr burdan doğur hər zaman,Qarışdırma quşla quzu ətini.

Biri dedi: – Mən gücümü yığaram,Mən İranı beşiyində boğaram,O ox olsa, mən şimşəktək çaxaram,Qarışdırma quşla quzu ətini.

Biri dedi: – Çoxuq, saya gəlmirik,Ölkə artır, sayımızı bilmirik,Ömür artır, qocalırıq, ölmürük,Qarışdırma quşla quzu ətini.

Biri dedi: – Turan gərək seçilsin,Biri dedi: – Turan gərək kiçilsin,Turan, İran, Çinçay-dedi-üç olsun,Qarışdırma quşla quzu ətini.

Rəqs etmirdi qızlar bu gün məclisdə,Bərq vururdu onlar ipək təlisdə,Çəkinirdi Turqdan, Tunqdan üst-üstə,Qarışdırma quşla quzu ətini.

Tunq sevmirdi qadın çöldə oynasın,Ölülərin qatı qanı qaynasın,Oynaqlasın vaxtsız tövlə danası,Qarışdırma quşla quzu ətini.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets