Turqun Qızılquş söylənci
Harda ağlar göz görünsə de mənə,Dəmir caynaq, yelkən qanad qızıl quş.Gedək silək dolub yağan gözləri,Dəmir caynaq, yelkən qanad qızıl quş.
Gərək yerdən köçüb gedə yazıqlıq,Ac gözlüklə gedə gözü qıpıqlıq,Ürəklərdə kök salmaya sınıqlıq,Gərək arta yaxşılıqla, ayıqlıq,Dəmir caynaq, yelkən qanad qızıl quş.
Gərək yerdə qırğın, qan, öc olmaya,Gücsüzləri qatlayan güc olmaya,Əltut ola, o da çox borc olmaya,Dəmir caynaq, yelkən qanad qızıl quş.
Sən görürsən göydən bütün bunları,Yerli, yersiz axıdılan qanları,Mənə göstər yanda qalan yanları,Dəmir caynaq, yelkən qanad qızıl quş.
Səndən qanad, məndən ayaq, uç gedək,Meşələri düzənləri biz ötək,Qan-qan deyən güclüləri biz didək,El içində həm görünək, həm itək,Dəmir caynaq, yelkən qanad qızıl quş.
Qızıl quşa sanki yeni güc gəldi,O üç kərə doğuyana dikəldi,Birdən üçdü, buludlara yüksəldi,Dəmir caynaq, yelkən qanad qızıl quş.
Sanki bunu gözləyirdi Şimşəkat,Oda qalxdı ucalara neçə qat,Turq baş vurdu dumanlığa bathabat,Dedi: – Tanrım bizə yenə əl uzat,Mən də olum Qartal kimi cüt qanad,Dəmir caynaq, yelkən qanad qızıl quş.
Yeri göyə, göyü yerə qatdılar,Meşələrdə üç yol itib batdılar,Sonra gəlib bir Başevə çatdılar,Yığışılıb bir bucaqda otdular,Dəmir caynaq, yelkən qanad qızıl quş.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-turqun-qizilqus-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Hindel şaha soraq çatdı gizlicə,Girəvədə acıqandan öc al sən.
Qoşaçayarası söylənciKörfəzelə Ağüz yenə baş oldu,Ağır işdir başçı olmaq, baş olmaq.
Yay gedirdiYay gedirdi, qış gəlirdi bir ildəQolboyundu yaranışla dolanış.
Başev söylənciMindiyarda üçyüz mindən çox olub,Dolaqlılar, yaraqlılar, atlılar.
Poems by other poets
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.