Yenə ürəyimdə qaynayır qanım,İlk bahar qoltuğu sazlı göründü.Taxıldı döşlərə güllər, çiçəklər,Şeirlər, mahnılar fəsli göründü.

Əziz balam kimi dilli baharın,Saçları al-əlvan telli baharın,Əlləri çiçəkli, güllü baharınAna torpağımla vəsli göründü.

Dəryadan dərindir mənası bunun,Qızıl meydanında mərdlər yurdununKommunizmə gedən şanlı ordununQızıl qalstuklu nəsli göründü!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring