Dostlarım soruşur: “Neçə yaşın var?”Deyirəm: “Nə bilim, itibdir hesab”Yenidən başıma yağır suallar,Nəhayət, onlara verirəm cavab.Deyirəm ki: “Qoyun bir nəfəs alım,Sual yağdırmayın yer-yerdən mənə.Belədir ağarıb saçım, saqqalım,Anamın gözündə körpəyəm yenə!”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets