Oğul, bu dünyada şan-şöhrət, ad-sanHünərlər göstərən qəhrəmanındır.Bəli, üzüağlıq, alnıaçıqlıq,Zəhmətdən doymayan mərd insanındır.

Ozanı olduğum bu gözəl vətən,Heyranı olduğum bu gözəl vətən,Qurbanı olduğum bu gözəl vətənSənin xəzan bilməz gülüstanındır.

Dünya beşgünlükdür deyənə yazıq,Döşünə-başına döyənə yazıq.Çörəyi zəhmətsiz yeyənə yazıq,Həyat, yaşamağı bacaranındır.

Mən kiməm, nəçiyəm, qoy ellər desin, –Yazıb-pozuram ki, könüllər desin, –Məndən sonra gələn nəsillər desin –Bu üç-dörd kəlmə də Süleymanındır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland