Beşinci pərdə
Page 3 of 3 · 67%
Həcər xanım Yasəmən ilə kənara çəkilib məsləhət edirlər. Çingiz Zöhrə ilə, Şəmsi Qəmər ilə danışırlar.
Şəmsi bəy. Qəmər, nə tez mənim nişanımı üstümə atdın? Görünür məni sevmirsən?
Qəmər. Bəs sən istəyirsən biz xoşbəxt olaq, Çingiz ilə Zöhrə bədbəxt.
Şəmsi bəy. Xeyr, mən istəmirəm, fəqət burada mənim təqsirim nədir ki, məni bədbəxt edirsən? İndi anamın fikri bizə mə’lum oldu. Əlbəttə, axırda o fikirdən əl çəkəcəkdir. O heç vaxtı Çingizin və Zöhrənin bədbəxtliyini istəməz.
Həcər xanım. Oğlum Çingiz, biz belə qət etdik ki, sən Piri babadan izin istəyəsən, çünki o cümləmizin qoca babası və ağsaqqalıdır. Hərkah o bu əmrə razı olarsa, biz də ona tabe olarıq.
Qəmər. Çox gözəl, əlbəttə, Piri baba buna çox şadlıqla razı olacaqdır.
Çingiz. Mən də buna razıyam. (Komaya girir).
Şəmsi bəy. Ana, Çingiz ali məktəb qurtarmış bir həkimdir. O, bacım Zöhrəni məndən artıq saxlayacaqdır. Bunu bilirsənmi?
Həcər. Bilirəm, oğlum.
Şəmsi bəy. Bəs nə üçün razı olmursan?
Həcər. Çünki məcburam.
Zöhrə. Ana, Züleyxa xalam bilsəydi ki, onun vəsiyyəti məni bədbəxt edəcəkdir, heç vaxtı istəməzdi.
Şəmsi bəy. Bir də xalamın vəsiyyəti bizimçün qanun deyil ki, onu pozmaqdan aciz qalaq.
Həcər. Övladlarım, bu işdə bir qanun var ki, onu pozmağa doğrudan da biz acizik.
Bu halda Çingiz dəli kimi komadan çıxır.
Çingiz. Ha-ha-ha... hərb meydanı açılmış, yenidən yeni müharibə, yenə qovğa, yenə qan.
Qəmər. Çingiz, qardaşım, kim ilə müharibə edirsən?
Çingiz. Yer ilə, göy ilə, cümlə cahan ilə.
Zöhrə. Çingiz, sevgilim, sənə nə olmuş? Məgər məhəbbətimiz uğrunda tökülən qan kifayət deyilmi ki, yenə də müharibəyə çağırırsan?
Çingiz. Sevgilim, nazlı dilbərim, eşqim, məhəbbətim, insanlar qovğası bitmiş, fələk müharibəsi başlanmışdır!
Qəmər. Çingiz, qardaşım, yenə nə olmuş ki, fələklə müharibə edirsən?
Çingiz (Zöhrəni göstərərək). Bu bacıma bağladığım eşq üstə.
Qəmər. Qardaşım, nə söyləyirsən? Ağlın çaşmış, bacın mənəm, Zöhrə ilə məni qarışdırırsan.
Zöhrə. Ah, Çingiz dəli olmuş! (Ağlayır.)
Çingiz. Məni öz bacıma aşiq etdirməkdən fikrin nədir, ey çərxi-fələk? Məcnun kimi səhrayi-biyabanlara salmaq? Məni Fərhad kimi dağ-daşları gəzdirmək? Budur məqsəd. Məni divanə edib çöllərə salmaq? Bundan nədir həcət? Xalq gördükdə desin, bax, bax, budur gəldi, həmşirisinə eşq-məhəbbət yetirən aşiq. Yox, yox, mən sərsəri olmaram, divanəlik acizlər, zəiflər işidir. Çingizlər ondan azaddır. Bacım, Zöhrə, indi bil mən Çingizəm, atam Nadirdir, anam Həcər.
Cümləsi. Ah!
Çingiz. Əlvida, ey ümidsiz xəyalım. Eşqin uğrunda Çingiz canını fəda edir... (Çəld tapançanı çıxarıb özünü öldürür.)
Zöhrə. Çingiz!
Özünü onun üstünə salır. Piri baba gəlir. Qəmər qəşş edir, Şəmsi onu tutur.
Həcər xanım. Oğlum, Çingiz, nə etdin? Mən müqəssir ananı öldürün, sizə yalvarıram, öldürün, məni bir gülləyə qurban edin. Niyə durmusunuz?
Piri baba. Ey zor ilə qızları özlərinə arvad edən ərlər, budur tutduğunuz əməlin nəticəsi.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-esq-ve-intiqam-besinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Birinci pərdənin səhnəsi. Pərdə qalxdığda Səfdərqulu bəy görünür.*Səfdərqulu bəy** (saata baxır). İndi seçki gərək qurtara. Nəbi! Nəbi!..
Eşq və intiqamBeş pərdəli yeddi şəkildə faciə*İştirak edənlər
Birinci pərdəSəhnə meşə içində ağac çəpərlə həsarlanmış bir həyət göstərir. Həyətin sağ tərəfində Piri babanın komasi, sol tərəfdə meşə sahibi Həsənqulu ağanın ikimərtəbəli evi görünür. Həyətdə neçə yerdə skamyalar qoyulmuşdur. Yasəmən komanın önündə oturub özünü günə verir. Yanında bir beşik. Pərdə qalxdıqda Piri baba çiynində tüfəng, əlində qırqovul, daxil olur.*Piri baba**. Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam.
İkinci pərdəBirinci pərdənin mənzərəsi. Birinci pərdədən iyirmi il keçibdir.*Pir baba**. Ey vəfalı silahım, sahibin tək sən də köhnəlmisən, paslanmısan. Keçmişdə sənin güllən heç puça çıxmazdı. Ağzından od parladığda ovu yerdə görmüşəm. İndi sinnim həştada çatmış, gözlərimin nuru getmiş, qollarımın qüvvəti azalmış. İndi səni qaldırıb qırğovulu nişana aldığda qaqqıltı ilə uçub uzaqlaşır. O qaqqıltı ilə sanki deyir, ey pir-natəvan, nə vaxta kimi bizləri ovlayacaqsan? Çəkil, rahat ol, daha vaxtın keçmiş. Bəli keçmiş... (*Yasəmən samavarı gətirib süfrəyə qoyur*). Yasəmən, Qəmər durubdurmu?
Poems by other poets
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
Milli ətlərikBiz qovulduqca qaçıb mərddən dönən namərdlərik,Az.Tv-də dərdsizik əslində əhli-dərdlərik.
Gözəl, müşkül sənintək bir nəfər sahibcamal olsunGözəl, müşkül sənintək bir nəfər sahibcamal olsun,Yəqin ki, bu qara gözlər belə xətt ilə xal olsun.