Vurğunun saçları vaxtsız ağardıGümüş dalğalar qondu başına.Yüz yaşlı qocaya bənzəri vardıO qədəm qoyanda əlli yaşına.

Dağ deyil, zirvəsi qar görməyən dağŞerin sahibinə ad halal oldu.Vaxtsız qocalsa da, vaxtından qabaqVurğun şerimizdə ağsaqqal oldu.

Nizamini, Füzulini sevdi ürəkdənÖmür boyu fəxr elədi sələfləriylə.Yorulmadı Ələsgərə ustad deməkdən,Fəzir Vaqif taxta çıxdı şah əsəriylə.

Palıd kimi öz kökünə bağlıydı Vurğun,Səsi bütün əsrlərin sədası oldu.Ataların qədir-şünas oğluydu Vurğun,Şeir yazan övladların atası oldu.

Kürsülərdə başı qarlı bir dağ kimiydi,Dar ayaqda əyilməzdi dağ əyilsə də.İdrakıyla çoxlarına üstün gəlsə də,O, həyatda bir sadəlövh uşaq kimiydi.

Şeir halal bəhrəsidir ülvi hisslərin,“Çoxbilmişlər” bu meydanda gəldi-gedərdir.Rəngdən-rəngə, roldan-rola girən kəslərinDüşüncəsi bir uşağın ağlı qədərdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets