Əl çalır şeytan sürüsü, ən baş şeytan başa çıxır
Keçdiyim hər min ilinHəm əvvəli, həm də sonudünyanın sonudu deyəyamanca güclənir şeytan,min illik sevgiyçün uçubbaşlar dəydikcə göyəsevinir dincəlir şeytan.
Gecə-gündüz yeri yerə,Göyü göyə yığa-yığaHər min ildə bircə kərəTanrı dözmür tanrılığa.Həm dözmür, həm də bezir,Həm də yoxlayır bizləri,Haqq deyilən taxtdan düşür,Şeytan dırmaşır yuxarı,Həqiqətlər haqdan düşür.Göz yaşı basır dünyanı,axdıqca yaş yaşa çıxır,əl çalır şeytan sürüsü,ən baş şeytan başa çıxır.
Yox! Allah baxmaz zamana.Allah, Zaman ?! Gülməlidi.Allah zamansız olur,Zaman şeytan əməlidi.Zaman həm şeytan əməli,Həm də onun zindanıdı,Həm də, həm də qan damarı,Ömrümüzə, günümüzə,qolumuza bağlanan
saatlar da qandalları.Təkcə şeytan dediyiylədurub dolanammaz insan,bu dünyanı saxlamaqçüngərək Allah da olasan.Şeytan çox çalışar, ancaq,Dünya güc gələr şeytana,şeytan da yıxılan andaatar dünyanı insana.Deyər, cavab vermək çətinhər lal qəmin, dinməz dərdin,çəkilməz ahın yerinə,dünyanı yola vermək zorhəm şeytanın,həm də Allahın yerinə.
Beləcə, zamandan yanaBir An gələr, o bir AnaAllahın da, şeytanın dagücü keçər bir insana.O tək insan o bir Andaöz gücündən havalanar,öz suçundan dəli olar,buynuzu qapqara qanla,qanadı sevgiylə dolar,bir kimsə duymaz halını,hamıya buynuz göstərər,həm də sevər hamını.
Allahlığa, şeytanlığaBir an dözər insan ancaqçox dayana bilməz daha,o bir Anainsana keçib qayıdardupduru Allahlıq Allaha,dipdiri şeytanlıq şeytana.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-el-calir-seytan-surusu-en-bas-seytan-basa-cixir
Use ← → keys to move, R for a random poem
More by this author
(son şahanə uçuş – poema)*Son Tərəkəmə elatımızın, Tərəkəmə ellərimizin xatirəsinə – Göyüzünə son dönüşünə*
Gül düzəldirəm adamlardanGül kimi qoxlamaq istəyirəm adamları,odu ki, gül düzəldirəm adamlardan,
Hələ ki, hər an yenidən deməyə ehtiyac varHələ ki, hər an yenidən deməyə ehtiyac var:Tanrı insanı göyüzüyçün yaradıb, ən sonda onsuz da o gəldiyi yerə – göyüzünə qayıdır. Yerüzü isə tək bizim yox, bütün kainatın İbadət Yeri, Möhürdaşıdır, biz əslində dua edərkən, namaz qılarkən yerüzündə yox, Göyüzündə diz çöküb alnımızı bütün Göyüzünün Möhürdaşına – Yerüzünə qoyub bütün kainatçün dua edirik.
Yarı çiçək, yarı kəpənəkGördüm hamının üzündəDərt dərdi, qəm qəmi basır,
Poems by other poets · Divine love
(Azərbaycanın bayrağına)Altun köksün hilal-yıldız, işıqları öpüncə,
Haqqın yoxdu, haqqın var...Çox oldu ürəyinin diqtəsinə baxmadın,İlğımlar qova-qova yulğunlar qucaqladın,
Aşıq Camalın İbrahimlə deyişməsiAşıq Camal**Aşıq Camal içdi kövsər şərabı,
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiyaMən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.