Bəlkə də bir daha yanmaz,İndi sönən o pəncərə,Gündə neçə işıq sönür,Gözlərimiz görə-görə.

Bizim göydə durnaların,Hər gün qatarı pozulur,Yuxular sona yetməmiş,Artıq hardasa yozulur.

Kimisə qorxu bürüyür,Kiminsə titrəyir əli,Qaranlıqda duran qaya,Qalib ölümün heykəli.

Səsdən səsə həyan olmaz,Əgər tutulubsa dillər,Daha qatar düzə bilməz,Bizim göydən keçən illər.

1985

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets