Svyatoslav Rixterə

İndi lap asta de, yorulub dünya,Özü də tez qurtar dediklərini.Ömrümüz bir yana, tale bir yana,Unutma metroya gecikənləri.

Konsert qurtarandan sonra dön geri,Gözlə hamı getsin, tək qal azacıq,Bayaq ağladığın prelüdləri,Get, oxu bu dəfə bomboş salona.

Söykən əyrisinə qara royalın,Bax, boş sıralarda oturmuş dərdə,Gözlərin yumulub öldüyün anda,Diril gözətçinin addım səsindən.

Çıx böyük şəhərin yad gecəsinə,Get taksilər duran evin yanına,Maşın gələnəcən dayan dünyada,Kimsəsiz məzarın başdaşı kimi...

1969

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death