Əvvəlinci məclis
Page 3 of 3 · 67%
Hacı Fərəc. Xırda xanımı boşadım getdi...
Güldəstə. Nə danışırsan, hacı? Otuz beş illik yoldaşı boşadın nədir? Ola bilməz ki, adam birdən-birə yuvasını dağıdıb, uşaqlarını yetim qoya.
Hacı Fərəc. Sən bilmirsən, Güldəstə. O arvad otuz beş il məni cəhənnəm oduna yandırıb, qudurmuş it kimi məni dalayıb. Axırı məni təngə gətirdi, boşadım getdi.
Güldəstə. Bağışlayınız məni, hacı! Bisəbəb, bigünah beş uşağın anasını at bayıra. axır nainsaf işdir...
Hacı Fərəc. Keçmiş ola... Artıq danışmaq lazım deyil. Mən səni qeyri işdən ötrü çağırmışam...
Güldəstə. Buyurunuz görüm nə işdir?
Hacı Fərəc. Güldəstə! Sən bilirsən ki, Ağa Heydər, yazıq qardaşım böyük dövlət qoyub gedib. O dövlətə görə Zinyət xanıma hər bir tərəfdən müştərilər çıxacaq. Lotu-potu, atasından bixəbər adamlar... Hərgah Zinyət xanım bunların birisinə getsə, dövlət badifənaya gedəcək, bişək, Zinyət xanım, balası Yusif ilə qalacaqlar quru yurdda... Ona görə lazımdır bir təmiz adam, dünyagörmüş, girsin araya, qoymasın bu cahü cəlalı bərbad olmağa. Əlavə, yad adamın bu evə daxil olmağına heç bir zaman mən razı ola bilmərəm.
Güldəstə. Sözünüz haqdır, hacı. Ancaq bir az tezdir. Çünki el adətinə görə il tamam olmamış o barədə söhbət ola bilməz
Hacı Fərəc. Eybi yoxdur, qalsın, sonra vaxt olar, danışaraq... (Gedir.)
Güldəstə (tək). Köpəyin fikrinə bax! Qadam ağzına! Qadam keçəl başına!
Zinyət xanım və Kərbəlayı Rəcəb gəlirlər.
Zinyət xanım. Hacı cənabları nə danışırdı?
Güldəstə. Hacı lənətullah, arvadı Xırda xanımı boşayıb... Qeyri fikrə düşübdür. Buyurur ki, canım səlamətdir, bədənim poladdan bərk, özüm saz, iyirmi yaşında cavan kimi...
Kərbəlayı Rəcəb. Tuş... Tuş! Tu...u...u...ş!
Güldəstə. Əlavə buyurur ki, yad adamın bu evə sahib olmağına mən heç halda razı ola bilmərəm.
Zinyət xanım. Aşkar görünür ki, qoca dəli olub. Ağa Heydərdən qalan sərmayə kişinin ağlını başından çıxarıb.
Kərbəlayı Rəcəb. Özündən gedəsən, ay hacı!
Zinyət xanım. Bəs sən hacıya nə cavab verdin?
Güldəstə. Dedim: ay hacı, hələ tezdir, get ay batandan sonra gəl. Yavaş ye, boğazında qalar.
Çəmən. Xa, xa, xa!.. Xa, xa, xa!..
Kərbəlayı Rəcəb. Keçinin qoturu bulağın gözündən su içər. Qarnı tox olan köpək gecə ulduza hürər – burda deyiblər ha... Xa, xa, xa... Xa, xa, xa... Xa, xa, xa...
Güldəstə. Məlun! Lənətullah! Heç gör namusu olan şəxs qardaşının yerinə girərmi?! Keçəl qırışmal, sən ancaq sərmayə axtarırsan, amma yavaş ye, boğazında qalar!
Zinyət xanım. Kərbəlayı! Bir də de, keçi nə təhər?
Kərbəlayı Rəcəb. Keçinin qoturu bulağın gözündən su içər. Qarnı tox olan köpək gecə ulduza hürər. Xa, xa, xa... Xa, xa, xa... Xa, xa, xa...
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-pul-duskunu-haci-ferec-evvelinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur Mirzədadaşın otağında. Gülcahan əyləşib palaz üstündə, corab yamayır. Bir az keçəndən sonra hövlnak Mirzədadaş daxil olur.*Mirzədadaş**. Arvad, dur ayağa. Gör nə gətirmişəm? İki dəst paltar sənin üçün, iki dəst libas özüm üçün.
Üçüncü məclisVaqe olur məhkəmə otağında. Baş tərəfdə səndəl və miz, divanbəyi əyləşməyib. Kətillər (skamyalar) şikayətçilər, şahidlər və tamaşaçılar üçün. Fərraş Məmmədəli əlində əski səndəli və mizi təmizləyir.*Məmmədəli** (tək). Cənabi-divanbəyi bir quruş məvacib vermir. Ancaq onu bilir ki, qoy Məmmədəlinin canı çıxsın, hər nə var, mənim olsun... Gədə, bəs mən insan deyiləm? Yemək-içmək istəmirəm, pədər süxtə! Bizim camaat da belə bərk köpükpərəstdirlər ki, itlik etməsən, adama bir zəqqum da vermirlər. Mən də ki, bir gün tiryək olmayanda dünyayi-aləm başıma aylanır. (Qapı döyülür) Oğlan, kimsən?
AğıçıAğıçı Bədircahanın evi şəhərin qiblə tərəfində, qayanın üstündə, çox basəfa olan yerdədir. Evinin qabaq tərəfi eniş dağdır, dal tərəfi şəhərə baxır. Həməvəq sərincə yel əsər. Yaz fəsli dağın çiçəklərinin iyin gətirir. Dağın dibində yaxşı bulaqlar var. Bulaqların üstə həmişə növbət gözləyən qız-gəlinlər əllərində səhəng görmək olur. Qabların su ilə doldurub, bir az zarafat edib, səhəngi atırlar çiyinlərinə, kəklik kimi dırmanırlar dağ yuxarı.Bədircahanın evinin sağ tərəfində, qayanın ortasında üç kaha var, çox dərin. Belə deyirlər ki, guya o kahalar cin və şəyatin ovlağıdırlar. Hər gün o kahalara cavan oğlanlar ətləs arxalıq, mahut çuxa dolurlar. Ora nə səbəbə gedirlər, onu bilərik öz yerində. Bədircahanın evinə dürüst olur koma demək, çünki bir otaq, bir sandıqdan suvay qeyri təmirat yoxdur.
Mənim vaqiəm– Ay ağa, Allaha bax! A bəy, Allaha bax! A sövdəgər, Allaha bax. Molla, amandır!Bu nəfəslər ilə yuxudan ayıldım. Bir neçə dəqiqə fikrimi başıma cəm edə bilmədim. Axırda məlum oldu ki, vaqiədə Ş. şəhərinə səyahətə təşrif aparmışam. İttifaqən xan qapısına rast düşürəm. Gördüm xan öz oğlanları ilə xam tərlan quşa uçurtma verirlər. Yanlarında bir neçə xanlıq tula. Xanın ağlını (nə danışırsan?!), sözün tərbiyətini kənara qoyaq. Biz öz xanlarımızı yaxşı tanıyırıq. “A gədə, o qırqovulları apar İvan İvaniçə deynən ağam klans eləyir. Dünən arvadı məni şəkəlüdə qonaq edib, ona gərək bir yaxşı şey bağışlayam, xəcalətindən çıxam. Bizim müsəlmanın handa bir yaxşısından İvan İvaniç mənə xoşdur. Arvadı nə, özü nə! Kişilərdə ədəb var, hörmət var. O günləri balaca qızı gəlib əlimdən öpüb “diyada, diyada” – deyə-deyə...”
Poems by other poets
“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
ƏfəndimDilbər, səninlə meylər içələm,Bu dünya kimsəyə qalmaz, əfəndim.
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,
Bax fələk Şamdə bir zümreyi-kafər yerinəBax fələk Şamdə bir zümreyi-kafər yerinə,Künci-viranədə həm Ali-Peyəmbər yerinə.