Dağlar (Binələri çadır-çadır)
Binələri çadır-çadırÇox gəzmişəm özüm, dağlar!Qüdrətini sizdən aldıMənim sazım, sözüm, dağlar!
Maral gəzər asta – asta,Enib gələr çeşmə üstə.Gözüm yolda, könlüm səsdə,Deyin, necə dözüm, dağlar?
Hər obanın bir yaylağı,Hər tərlanın öz oylağı;Dolaylarda bahar çağı:Bir doyunca gəzim, dağlar!
Qayaları baş – başadır,Güneyləri tamaşadır.Gödək ömrü çox yaşadır,Canım dağlar, gözüm dağlar!
Bir qonağam bu dünyada,Bir gün ömrüm gedər bada;Vurğunu da salar yadaDüz ilqarlı bizim dağlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-daglar-bineleri-cadir-cadir
Use ← → keys to move, R for a random poem
More by this author
Onun qaydasıdır binadan, başdan,Hələ gün çıxmamış qalxıb obaşdan,
RustaveliXaqanilər, Nizamilər yetişdirən bir vətənin,Oğlu, qızı şeir yazır yubileyinə bu gün sənin.
Axar çaylarYaz gələndə daşıb gələr,Dağı-daşı aşıb gələr,
Qız və romanGüllü sarmaşıqlar içində yalqızYaşıl bir eyvanda sevdalı bir qız.