Şəhər üstə qanad gərib mürgülədi yorğun axşam…Neçə çadır qurdu göydə lopa-lopa sıx buludlar.Yavaş-yavaş qaraldıqca mavi sular, yaşıl otlar,Çəkib məni öz ardınca evə saldı gəlin — ilham…Şəhər üstə qanad gərib mürgülədi yorğun axşam…

Dağılmışdır meydanların, döngələrin izdihamı,Seyrəlmişdir küçələrdə avtoların xəbər səsi.Şəhər böyük, hər insanın öz zövqü var, öz həvəsi.-Saraylara, teatrlara, kinolara dolmuş hamı,Dağılmışdır meydanların, döngələrin izdihamı…

Mənsə bir ay görmədiyim masam üstə baş əyərək,Deyirəm ki, salam verim şeir-sənət dünyasına…Söz evini bomboş görüb al çapmasın əsən külək…Ürək qoyub can yandırıb hər bir sözün mənasına,Deyirəm ki, salam v< rim şeir-sənət dünyasına.

Ürək böyük, arzular çox, yollar uzun, səbrimsə az…Ah, deyirəm, qıra bilsəm zəncirini ətalətin…Dolmuş ürək boşalmasa can yanğısı sakit olmaz,Yaratmaqdır, yaratmaqdır al bayrağı səadətin!Ah, deyirəm, qıra bilsəm zəncirini ətalətin!..

Bu fikirlər dünyasına əyilmişdir yenə başım.Sanki mənə qulaq asır sakit olmuş böyük şəhər…Ağ kağıza kotan kimi şırım açır karandaşım,Hərdən gəlir qulağıma qəlbimdəki döyüntülər,Sanki mənə qulaq asır sakit olmuş böyük şəhər…

Ev o qədər səssizdir ki!.. Nə danışan, nə gülən var.Kəsilmişdir uşaqların ağız dolu qəhqəhəsi.Danışmayır hər zamankı qarmon səsi, kaman səsi.Bəzən uşaq dünyasını nə anlayan, nə bilən var;Ev o qədər səssizdir ki, nə danışan, nə gülən var.

Yusif ahb fırçasını şəkil çəkir bir kənarda.Nəsə qurub-quraşdınr kiçik-kiçik tablolarda.Aybəniz də sağ əlini söykəmişdir çənəsinə,Divan üstə qulaq asır nağıl deyən nənəsinə.Vaqifdə ki, yuvarlanır, gah da dönür üzü üstə;Xumarlanır pişik kimi anasının dizi üstə’

Onlar neçin danışmayır, neçin gülüb oynamayır?Neçin mənim təbim kimi bulaq olub qaynamayır?O körpəcik ürəklərdən nələr keçir indi, nələr!Nənəm deyir: səs salmayın!Əsər yazır atan, əsər…O hər şeir oxuduqca, dağa dönür ürəyimiz;Onun halal zəhmətilə qazanılır çörəyimiz!

— Yox, yox, əziz balalarım! Heç qısmayın səsinizi,Sizin şaqraq dilinizi eşitməsəm bir anlıq mən.Qaya boyda daş asılar mənim ata ürəyimdən…Gülər görüm, oynar görüm, xoşbəxt görüm hər vaxt sizi.Gülün, əziz balalarım! Heç qısmayın səsinizi!

Mən görmüşəm uşaqlıqda çörək dərdi düşünəniAnam soyuq bir daxmada ac qarına doğdu məni…Sizə nə var, övladlarım, görmədiniz o pis günü.Görmədiniz yoxsulların xəcalətdən öldüyünü.Görmədiniz qələm qaşlı, duma gözlü o gəlini,Can üstündə mənə san uzatmışdı öz əlini…

Siz işıqlı, yaraşıqlı binalarda yarandınız,Səadətdir ilk eviniz, azadlıqdır ilk andınız!Boynunuza al qırmızı qalstuklar taxanda siz,Bilirəm ki, mənsiz belə xoşbəxtlikdir nəsibiniz…Bilirəm ki, sizin kimi sabahın da şaddır üzü…Gözəl günlər ana kimi oxşayacaq ömrünüzü.

Elin qadir əllərilə çoxaldıqca elin varı.Atasız da ömür sürür min-min vətən balaları.Bir əbədi al bahara təslim oldu boranlı qış…Sabahın duz-çörək dərdi alnınıza yazılmamış…Bir do mondon çokinməyin, sükunoto düşmənom mən.Səssiz keçən günlərimi saymamışam öz ömrümdən…

Mən əzəldən tufanların qoynunda bir öton quşam.Fırtınalar, qasırğalar qucağında doğulmuşam…Ağır toplar dilo gəlib sos saldıqca dağ dalma.Mənim şair üroyim də dönür dağlar qartalına.Şirlər kimi çox çıxmışam yanğınların arasından;İgid igid ola bilməz qan axmamış yarasından.

Polad kimi, odda bişib bir mərmiyə dönsə ürək.Sözün hökmü meydan sürər uzaq vuran mərmilərtək.Deyin, gülün, övladlarım! Sükunəti düşmənəm mən.Səssiz keçən günlərimi saymamışam öz ömrümdəDeyin, gülün, əl do çalın, heç qısmayın səsinizi,Gülər görüm, oynar görüm, xoşboxt görüm hər vaxt sizi!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets