Bir qocaman qartalın qanadları dayandı;O bir daha qıy vurub, dağlardan keçməyəcək.Dünya öz yerindədir, yenə səhər oyandı,O, Vətən dağlarının suyundan içməyəcək.

Ah, o bir də göz açıb görməyəcək aləmi,Dostlar ilə bir daha gəlməyəcək üz-üzə.Susdu onun rübabı, sındı qurşun qələmi,Yeni-yeni nəğmələr qoşmayacaq o bizə.Ölüm sevinməsin qoy!.. Ömrünü vermir badaEl qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyadaSevərək yaşayanlar, sevilərək ölənlər…Budur, baxır üzümə, baxır sənətkar gözü,Yenə gülür, danışır, nəfəs ahr Üzeyir;Süzülür qəlb evimə onun hər odlu sözü,Rübabının səsində qanad açır min şeir.

Sənətkara eşq olsun! Eşq olsun qəhrəmana!Açıq alınla gedir o yenə də cəbhəyə.Xəyalı bir dəniz tək yenə gəlir tüğyana.Kommunizmin bayrağı günəşə qalxsın deyə!

O sabah da bizimlə addımlayır yanaşı,"Koroğlu"dan oxuyur yenə zəfər ordumuz.Ey Füzuli şerinin bir bəstəkar qardaşı.Şöhrət tapdı adınla bizim ana yurdumuz.

Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada,El qədrini canından daha əziz bilənlər.Şirin bir xatirətək qalacaqdır dünyadaSevərək yaşayanlar, sevilərək ölənlər…

Mən bu kiçik şerimi yazıram göz yaşımla,Çünki vidalaşıram bir ürək sirdaşımla!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland