Araz qırağında dayandı qatar,Elə bil qəlbim də dayandı bir dəm...Sıxlaşdı göydəki seyrək buludlar,Deyəsən, başıma dolandı aləm.

Başlar uzanmışdır pəncərələrdən,O taya... o taya baxışır hamı.Yanımda sevgilim ağlayıb hərdən,Deyir ki, “ah, Araz, tut ilticaını,Mənim Sara bacım indi hardadır?İyirmi ildir ki, uzaqlardadır".

Araz dağlar yarıb, qayalar dəlir,Zamanm fikri tək axır sürətlə.Qayalı dağlar da salama gəlir,Elə bil baş əyir ona hörmətlə.

O tayda gördüyüm çardaqlı damlarXəyalı küsdürür bu kainatdan.Gəzir kənd yanını seyrək adamlar,Sanki baş götürüb gedir həyatdan...

Həyətlər bomboşdur, qapılar bağlı,Evlər üz döndərmiş biri-birindən.Torpaq nalə çəkir sinəsi dağlı,Bir tüstü qalxmayır ocaq yerindən.

Kəndin üstündəsə bir qəbristanlıqQərq olur göylərin göz yaşlarına.Yaşaran gözlərim baxır bir anlıqƏyilmiş, yıxılmış baş daşlarına.

“Qayalı dağı” da duman almışdır,O, dünya görmüşdür... Yaxşı bax ona!Nə qədər cənazə yola salmışdırBir şəhər boydakı o qəbristana!..

Ah, ürək duyduqca bu səhnələri.Adətim olmuşdur alışıb yanmaq.Yanğına düşmüşdür könlüm şəhəri,Böyük bir dərd imiş şair yaranmaq!

Şairim! Bu sözlər qalsın bir yanaYaş ötür... qayıtma ricətlərə sən’Bir şeir bağışla Azərbaycana,Araz üstündəki bir daş körpüdən!-Qurmuş bu körpünü bir memar əliBaş-başa çatılmış tağlar üstündə.Xilqətdən yaranmış onun təməli,Dayanmış qayalar, dağlar üstündə.

Kim bilir neçədir körpünün yaşı,Şahidi min bahar, bəlkə min qışdır!Fəqət bir kərpici, sadə bir daşıHələ öz yerindən oynamamışdır...

Toplar, topxanalar keçmiş üstündən,Hələ daş sütunlar durur vüqarla.Körpü Araz üstə düşdüyü gündənŞir kimi döyüşür sərt dalğalarla.

Üzünə gün düşüb, şəfəq güləndəKərpici bir yaqut kimi qızanr.Üstünə dağlardan duman gələndəSərt qayalar kimi o da bəzənir.

Deyirlər, qış ağır gələndə tək-tək,Körpünün üstündə tar bağlayır qar.Qaranlıq yol salır yerdən göyədək,Bir canavar kimi ulayır ruzgar.

Gözüm körpüdədir... Dayanmış qatar,Elə bil saxlayır o bizi qəsdən.Hanı zınqırovlu-yüklü karvanlar?Bir quş da keçməyir körpünün üstdən

Axşam qəribliyi dağlardan enir.Sakit dərələrə bir həsrət çökür.Araz gah parlayır, gah kölgələnir.Bəzən də hıçqırır o hönkür-hönkür.

Gözüm körpüdədir... Dayanmış qatar,Elə bil o qəsdən saxlayır bizi.Körpünü basmışdır yabanı otlar,Nə cığır görünür, nə ayaq izi...

Kim bilir, kim bilir, nə vaxtdan bəriBir insan keçməyir bu daş körpüdənElə bil yol çəkir onun gözləri,Fəqət nə gələn var, nə də bir gedən.

O kimdir? Gözümə görünür bu dəm?Kimdir o ixtiyar? Xəyaldır, nədir?Yox, yox, o nə xəyal, nə əfsanədir,Gördüyüm insandır, gözlərində qəm...

Çatıb qaşlarım körpüyə baxır.Qəlbində dağ boyda sözümü vardır?Başından tüstülər, dumanlar qalxır.Cansız əlləri də qabar-qabardır...

Bildim, o memardır... O yaradandır.Yaxın gəl, oxucum, bax əllərinə!O Araz üstündə xeyli zamandırAğlayır xar olmuş əməllərinə...

Kim bilir, kim bilir, nə vaxtdan bəriBir insan keçməyir bu daş körpüdən.Elə bil yol çəkir onun gözləri,Fəqət nə gələn var, nə do bir gedən...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets