Salam, Moskva
Başında tufanlar qopandan bəriSəkkiz ay görmədim heç üzünü mənLakin əməl kimi, ellər şəhəri,Bir an da getmədin nəzərlərimdən…
Sən açıq alnınla, gülər üzünlə,Hər vaxt dayanırdın mənim qarşımda.Çünki hər gecənlə, hər gündüzünləHəmsöhbət olmuşam gənclik yaşımda.
Quldurlar gecəni dəldiyi zaman,Yollar bağlanarsa, uzaqlaşar səs…Fəqət, bir qayda var ata-babadan,Mənzil uzansa da, dostluq kəsilməz.
Biz yenə görüşdük! Qalmadı o qəm…Keçdi o duyğumun hicran günləri;Başma pərvanə olmuşdur bu dəmBir şair qəlbinin xəyal şəhpəri.
Yenə mən keçirəm küçələrindən,Yenə qaynayırsan, qocaman şəhər!Yenə hökm edirsən şüurlara sən,Yenə də işlədir yaradan əllər!
Rast gəlir yenə də dostlar, tanışlar,Görüşür əl verib öpüşürük biz.Qaşlar çatılmışdır, sərtdir baxışlarİndi müsəlləhdir bütün nəslimiz!..
Göylərə baş vuran qədim binalarDayanmış əvvəlki əzəmətiylə.İldırım çaxsa da əyilməz vüqar;Əyilməz insanlıq məhəbbətiylə!
Yenə Qızıl Meydan hər axşam, səhərAçır sinəsini pəhləvan kimi.Yenə də üstündən keçir nəsillərGünəşə yol açan bir karvan kimi…
Yatmış günəş kimi sirri dərindəMavzoley — Leninin böyük məzarı.Parlayır onun da şəfəqlərindəBəşər taleyinin bir ilk bahan.
Bayırda şaxtadır, buz bağlamış qar.Deyirlər nıs qışı bərk gəlmiş bu il.O, dünya görmüşdür… bilir, yağılarBoransız, süngüsüz məhv olan deyil!
Budur, bir meydanda rast gəlir mənəTatyana Larina, dəyişmiş bütün.Qızartı çökmüşdür yanaqlarına.Solğun görünməyir bənizi bu gün.
Qapamış Tatyana öz romanını,Örtmüş pəncərəni o nazlı mələk;Seyr edir zamanın qəhrəmanını,Əynində şinel var, çiynində tüfəng.
Küləklər döydükcə al yanağını,Nədir gözlədiyin? — soruşuram mən.Deyir: gözləyirəm eşqin bağınıBu qopan çovğundan, əsən küləkdən!..
O yanda Puşkinin heykəlinə bax!Dalğalı saçları ağarmış qarla;Bir qaya başına qartal qonaraq,Dayanmış yenə də sakit, vüqarla!
Görürəm dalğındır bu dahi şair,Elə bil canlıdır onun nəfəsi.O indi düşünür həyata dair,Dinir qulağında topların səsi!
Yenə də hörmətlə dinləyir Vətənİlhamın, sənətin xoş nəğməsiniO yenə dastanlar yaradır bilsən,Ucaldır şairin Vətən səsini.
Sən ona diqqətlə bir də qulaq as!Deyir bir qanunu xatirinə sal:Odlar içində də yanıb qaralmaz,Məhəbbət, sədaqət, həqiqət, kamal!..
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-salam-moskva
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
İstəməzSevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,