Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı boyı bəyan edər
Page 2 of 3 · 33%
zun çevirdilər. Qırq yigidin şəhid etdilər. Oğlanın üzərinə düşdilər, tutdılar. Qarusından ağ əllərin bağladılar. Qıl orqan ağ boynına taqdılar. Yüzi üzərinə saluban sürdilər. Ağ ətindən qan çıqınca dögdilər. “Baba” deyü ağlatdılar, “ana” deyü bozlatdılar. Əli bağlu, boynı bağlu yüzi üzərinə salıb aldılar, yürüyü verdilər. Uruz tutsaq oldı.
Qazanın xəbəri yoq. Eylə sandı ki, yağı basıldı. At cilavısm döndərdi, gerü döndi; gəldi, oğlmı qoduğı yerdə bulımadı. “A bəglər, oğlan qancaru getdi, ola?” - dedi. Bəglər aydır: “Oğlan quş yürəkli olur. Qaçub anasına getmişdir”, -dedilər. Qazan qarardı, döndi. Aydır: “Bəglər, Tanrı bizə bir kür oğul vermiş. Varaym, anı anası yanından alayın, qılıcla paralayayın, altı bölük edəyin, altı yolun ayırdında bırağayın. Bir dəxi kimsə yazı yerdə yoldaş qoyub qaçmaya!” -dedi. Daxı Qonur atın ökcələdi, yola girdi. Evinə gəldi.
Xan qızı boyı uzun Burla xatun Qazanın gəldügin eşitdi, atdan - ayqırdan, dəvədən buğra, qoyundan qoç qırdırdı. “Oğlancığımın ilk avıdır; Qanlu Oğuz bəglərin toylayayım!” -
dedi. Xan qızı gördi kim, Qazan gəlür; yumurlanub yerindən
uru durdı. Samur cübbəsin əgninə aldı. Qazana qarşu gəldi. Qabaq qaldırdı. Qazanın yüzinə doğrı baqdı. Sağlan solma göz gəzdirdi. Oğlancuğmı - Uruzı görmədi. Qara bağrı sarsıldı, düm yürəgi oynadı, qara qıyma gözləri qan-yaş doldı. Qazana soylamış, görəlim, xanım, nə soylamış; aydır:
Bərü gəlgil, Salur bəgi, Salur görgi Başım baxtı, evim taxtı!
Xan babamın göygüsi,
Qadın anamın sevgisi,
Atam-anam verdügi,
Göz açuban gördügim Könül verüb sevdügim.
Bəg yigidim Qazan!
Qalqubanı yerindən uru durdın,
Oğlunla yelisi qara Qazılıq atın butun bindin.
Köksi gözəl qaba dağlar öninə ava bindin
-« s§iä § §«»-
Boynı uzun bədəvi keyikin alub yıqdın.
Semiz atun yüklətdin, gerü döndün.
İki vardın, bir gəlürsən, yavrım qanı?
Qaranu dündə bulduğum oğlum qanı?
Bir bəgüm görünməz, bağrım yanar.
Asılan-asılan qayalardan Qazan, oğlan uçurdınmı?
Talı sazın aslanına yedirdinmi?
Yoxsa qara dinlü kafirə uğratdınmı?
Ağ əllərin qarusından bağlatdınmı?
Kafir önincə yüritdinmi?
Dili-damağı qurıyıb dört yanına baqdırdınmı?
Qara gözdən acı yaşın dökdürdünmi?
“Qadun ana, bəg baba” deyü bozlatdınmı? -dedi.
Genə soylamış, aydır:
Oğul, oğul, ay oğul! Ortacım oğul!
Qarşu yatan qara dağım yüksəgi oğul!
Qarannulıca gözlərim aydını oğul!
Sam yelləri əsmədin, Qazan, qulağım çınlar. Sarımsaq otm yemədin, Qazan, içüm göynər.
Sarı yılan soqmadan ağca tənüm qalqar-şişər. Qurumışca köksümdə südüm oynar.
Yalnuzca oğul görünməz, bağrım yanar.
Yalnuz oğul xəbərin, Qazan, degil mana!
Diməz olursan, yana-göynə qarğaram, Qazan, sana! -dedi.
Anası bir soy dəxi soyladı; aydır:
Qarğu cida oynadanlar vardı, gəldi,
Altun cida oynadana, ya Rəb, noldı?
Qaraquc ata binənlər vardı, gəldi,
Bədəvi atlu bir oğula, ya Rəb, noldı?
Nökər gəldi, nayib gəldi.
Yalnuz bir oğula, ya Rəb, noldı?
Yalnuz oğul xəbərin, Qazan, degil mana!
Diməz olsan, yana-yana qarğaram, a Qazan, sana! -dedi.
§ Sfeh-
Quru-quru çaylara su saldım,
Qara donlı dərvişlərə nəzir verdim.
Yanıma, ala baqduğımda qonşuma eyü baqdım. Umanına-usanana aş yedirdim.
Ac görsəm, doyurdım,
Yalıncıq görsəm, donatdım.
Dilək ilə bir oğulı güclə buldum.
Yalnuz oğul xəbərin, a Qazan, degil mana!
Diməz olsan, yana-göynə qarğaram, Qazan, sana! -dedi.
Bir dəxi soylamış:
Qarşu yatan qara dağdan
Bir oğul uçurdunsa, degil mana,
Külünglə yıqdırayım!
Qamın aqan yügrək sudan
Bir oğul uçurdunsa, degil mana,
Damarların tuğladayım!
Azğun dinlü kafirlərə
Bir oğul tutdurdunsa, degil mana,
Xan babamın yanma mən varayın,
Ağır ləşkər, bol xəzinə alayın,
Paralanub Qazılıq atımdan enməyincə,
Yenümlə alca qanım silməyincə,
Qol-put olub yer yüzinə düşməyincə,
Yalnuz oğul xəbərin almayınca Kafir yollarından dönməyəyin! - dedi.
Yoxsa, a Qazan, ayağımdan sərmüzə atayınmı?
Qara dırnaq ağ yüzümə çalayınmı?
Güz alması kibi al yanaqlarım yırtayınmı? Çənbərümə alca qanım dökəyinmi?
Ağır şivən sənin orduna qomaymmı?
“Oğul, “oğul” deyübəni bozlayayınmı?
Qaytabanda qızıl dəvə bundan keçdi;
Torumları bundan bozlayıb belə keçdi.
Torumcuğum aldırmışam, bozlayayınmı?
Qaraqucda Qazılıq at bundan keçdi.
Bir dəxi soylamış:
•Aaf#? AA '
Quluncuğı kişnəyüb belə keçdi.
Quluncuğum aldırmışam, kişnəyəyinmi?
Ağayılda ağca qoyun bundan keçdi,
Quzucuğı mənrişib belə keçdi.
Quzucağım aldırmışam mənriyəyinmi?
“Oğul” deyü bozlayayınmı? - dedi.
Bir dəxi soylamış:
Qalqubanı yerimdən duram, derdim.
Yelisi qara Qazılıq atuma binəyim, derdim.
Qalın Oğuz içinə girəm, derdim.
Ala gözlü gəlin alam derdim.
Qara yerdə ağ otaqlı... dikəm, derdim.
Yürüyübəni oğulı ulu gərdəkə keçürəm, derdim.
Murad ilə məqsuda irgürəm, derdim.
Murada yetürmədin məni,
Qara başım qarışı tutsun, Qazan, səni!
Bir bəgim görünməz, bağrım yanar.
Neylədin, degil mana!
Diməz olsan, yana-göynə qarğaram,
Qazan, sana! - dedi.
Anası oğlanın böylə digəc Qazanın aqlı başından getdi; qara bağrı sarsıldı, düm yürəgi oynadı. Qarannulı gözləri qanyaş doldı.
Aydır: “Görklüm, oğul gəlsə, səndənmi sorardım? Qorxma-qayırma, avdadır. Avda qalan oğul içün qayırmağıl! Yedi gün bən Qazana möhlət vergil! Yerdə isə, oğulı çıqarayım; gögdə isə, endürəyim. Bulursam, buldum; bulmaz isəm, Tanrı verdi, Tanrı aldı, neyləyəyin? Gəlübəni qara şivən sənünlə bilə eyləyəyin”, -dedi.
Xan qızı aydır: “Qazan, oğlan avda idügin andan biləyin kim, yorğun atunla, gedilmiş cidanla ardına düşəsən”, - dedi. Qazan gerü döndi. Gəldügi yolı əlinə alub yortdı. Dün qatdı. Anası duymadın əl altından buyurdı: “Doqsan tümən gənc oğuz ardımca gəlsün! Oğlan tutsaqdır, bəglər bilsün”, - dedi.
Ol yerə gəldi ki, yağı basılmışdı. Gördi oğlanın ala gözlü qırq yigidi qırılmış. Bədəvi atı oğlanın oxlanmış yatur.
§ SehLeş
arasında oğlancığı leşin bulmadı. Altunluca qamçısın buldı. Yəqin bildi kim, oğlı kafirə tutsaqdır, ağladı:
Qara dağım yüksəgi oğul!
Qanlu suyum daşqunı oğul!
Qocalığım vaqtı aldırduğım
yalnuz oğul! - dedi.
Bozladı. Kafirin izin izlədi.
Qanlu qara Dərvənddə kafir dəxi qonmış idi. Oğlana qara kəpənək geydirmişlərdi. Qapu eşigi üzərində arqurı bıraqmışlardı. Girən basar, çıqan basardı: “Qarı düşmən tatar oğlı əlümizə girmişkən cəza ilə öldürəlim!” Qapu eşigi üzərində arqurı qomışlardı ki, bu məhəldə xan Qazan yetdi. Qonur atın oynatdı. Kafir, Qazanun gəldügin gördi, ürkdi. Kim atın binər, kim cövşən geyər. Oğlan başını qaldırdı. Aydır: “Mərə kafir, nə haldır?” Kafir aydır: “Baban gəldi, “tutalım” deriz”. Oğlan aydır: “Aman, mərə kafir, aman! Tanrının birliginə yoqdur güman!” Kafirlər oğlana aman verdilər, əlin çözdilər, gözin açdılar. Babasına oğlan qarşu gəldi; soylar, görəlim, xanım, nə soylamış. Uruz aydır:
Bərü gəlgil, a bəg baba!
Nerədə bildin bənim tutsaq olduğum?
Ağ əllərim ardumda bağlanduğm?
Qıl sicim ağ boynuma taqıldığın?
Qara gözlü yigitlərim qırılduğın?
Sən gəlmədin, baba, kafirlər danışdılar:
“Qonur atlu Qazanı tutun,
Qarusmdan ağ əllərini bağlan,
Gafillücə görklü başın kəsin,
Alca qanın yer yüzinə dökün,
Oğlıyla ikisini bir yerdən öldürün.
Ocağını söyündürün” - deyü söyləşdilər.
Xanım baba, qorxuram səgirdərkən Qonur atın sürücdirəsən.
Savaşdügin vaqtm kəndüni tutdurasan.
Gafillücə gözəl başın kəsdürəsən.
-ASR K**-
Ağ bürçəklü anam “oğul” derkən,
“Başım baxtı Qazan” deyü ağladasan.
Qayıduban, baba, gerü döngil!
Altun ban evinə sürüb varğıl!
Qarıcıq olmış anama umud olğıl!
Qara gözlü qız qardaşumı ağlatmağıl!
Qarıcıq olmış anamı sızlatmağıl!
Oğul içün ata ölmək eyb olur,
Yaradan haqqı içün, baba Qayıda döngil, evə varğıl!
Qarıcıq anam qarşu gəlsə,
məni sana sorsa,
Baba, doğrı xəbər vergil!
Gördüm sənin oğlun tutsaq, degil!
Qarusmdan ağ əlləri bağlu, degil!
Qara qıldan sicim boynına taqılu, degil!
Qara donuz damında yatur, degil!
Qıl kəpənək boyuncuğın sürər, degil!
Ağır buqağu topucağın dögər, degil!
Yanmış arpa ətməgi, acı soğan öyni, degil!
Mənim anam mənim içün qayırmasun!
Bir ay baqsun, -
Bir ayda varmazsam, iki ay baqsun!
İki ayda varmazsam, üç ay baqsun!
Üç ayda varmazsam, öldügimi ol vaqt bilsün! Ayğır atım boğazlayub aşum versün!
Yad qızı halalıma dəstur versün!
Bana tutan gərdəgə ayrıq girsün!
Anam mənim içün gög geyüb, qara sarınsun! Qalın Oğuz elində yasım tutsun!
Mənim başım sənin yoluna qurban olsun!
Gerü dön, baba! - dedi.
Oğlan bir dəxi soylamış, görəlim, xanım, nə soylamış:
Qarşu yatan qara dağlar istər olsa,
el yaylar,
Qanlu-qanlu sular əsən olsa, qanın düşər.
-« s§iä § §«»-
Qaraquc atlar əsən olsa, qulun doğar.
Qaytabanda qızıl dəvə əsən olsa, torum verür. Ağayılda ağca qoyun əsən olsa, quzı verür.
Bəg ərənlər əsən olsa, oğlı doğar.
Sən əsən ol, anam əsən olsun Məndən yegrək Qadir sizə oğul verə.
Ağ südini anam mana halal eyləsün.
Savaşmağıl, qayıda döngil, baba, gerü, -dedi.
Xan Qazan burada soylamış, görəlim, xanım, nə soylamış. Aydır:
Oğul, oğul, ay oğul!
Qarşu yatan qara dağım yüksəgi oğul!
Güclü belim qüvvəti, canım oğul!
Qarannulu gözlərim aydını oğul!
Alar danla yerimdən durduğım səninçün.
Qonur atım yorultmışam sənin içün.
Ağ donuma kir əgləndi səninçün.
Mənim başım qurban olsun,
canım oğul, səninçün.
Sən gedəli ağlamağım gögdə ikən
yerə endi.
Gumbır-gumbır tavullar dögülmədi.
Ağır-ulu divanım sürülmədi.
Səni bilən bəg oğulları
ağ çıqardı, qara geydi.
Qaza bənzər qızım-gəlinüm
ağ çıqardı, qara geydi.
Qarıcuq anan qan-yaş dökdi.
Ağ saqallu baban bunlu oldı.
Qayıduban buradan, oğul, evə varsam;
Ağca yüzlü anan qarşu gəlüb oğul desə,
Ağ əlləri ardına bağlu, deyəyinmi?
Ağ boynında qıl orğan taqılu, deyəyinmi?
Kafir yanınca yayaq yürür, deyəyinmi?
Mənim namusım qanda vara, oğul? - dedi.
-« s§iä
Kitabxana.az · https://kitabxana.az/en/works/xalq-kitabi-dede-qorqud-boy-4
Use ← → keys to move, R for a random poem
More by this author
Mərd igidlər, dava günü gəlibdi,At sürüb meydana çıxan gündü bu.
HoyduDolun at belinə, qoç dəlilərim,Xotkarı taxtından endirən, hoydu!
Mənəmİstərəm ki, tanıyasan mən mərdi,Çəkib şəhərləri taladan mənəm,
Mənmi qocalmışam, ya zəmanəmiTitrəyir əllərim, tor görür gözüm,Mənmi qocalmışam, ya zəmanəmi?