Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı boyı bəyan edər
Page 3 of 3 · 67%
Qıl kəpənək boyuncuğm sürər, deyəyinmi?
Ağır buqağu topucağm dögər, deyəyinmi?
Arpa ətməgi, acı soğan öynəcigi, deyəyinmi?
Qazan genə aydır:
Qarşu yatan qara dağlar qarısa,
otı bitməz, el yaylamaz. Aqındılı görklü sular qarısa,
qara daşmaz.
Qaytabanlar qarısa, kürüm verməz.
Qaraquclar qarısa, qulun verməz.
Ər yigitlər qarısa, oğlı doğmaz.
Baban qarı, anan qarı,
Səndən yegrək Qadir bizə oğul verməz.
Versə dəxi sənin yerin tuta bilməz.
Asmanlu gögdə qara bulut oluban
kafirin üzərinə gurlayayım. Ağ yıldırım olup şaqıyayım.
Kafiri qamış kibi od oluban yandırayım.
Doquzını bir yerinə saydurayım.
Uruşmadan, dögüşmədən aləmi doldurayım. Yaradan Allahdan mədəd! - dedi.
Qonur atından yerə endi, aqub gedən arı sudan abdəst
aldı. Ağ alnını yerə qodı; namaz qıldı, ağladı. Qadir Tanrıdan
hacət dilədi. Yüzin yerə sürdi. Məhəmmədə salavat gətürdi.
Dəvə kibi kükrədi, arslan kibi anradı. Nərə urub hayqırdı. Baba yalnuz kafirə at dəpdi, qılıc urdı. Dönə-dönə bir zaman yaxşı savaş eylədi, kafir alam dedi, alamadı. Bir saatda kafirə üç kərrə at dəpdi. Nagah gözi qapağına qılıc toqundı. Qara qanı şorladı, gözinə endi. Özin sarb yerlərə saldı. Görəlim, imdi Yaradan neylər.
Məgər xanım, Boyı uzun Burla xatun oğlancuğını andı, qərarı qalmadı. Qırq incə bellü qız oğlanla Qara ayğırın dartdırdı, butun bindi. Qara qılıcın quşandı. “Başım tacı Qazan gəlmədi” deyü izin izlədi, getdi. Gəlü-gəlü, Qazana yaqın gəldi. Qazan halalını tanımadı. Xan qızının Qazan üzərinə gəldi. Aydır:
-«***§# gÄf»®-
Qara ayğırın cilavısını mana dartğıl, yigit!
Təkyə tutub yüzümə baqğıl yigit!
Altundağı qara ayğırı mana vergil, yigit!
Əlündəki sür cidanı,
Yanındağı gög poladını mana vergil, yigit!
Bu günümdə umud olğıl mana!
Qala-ölkə verəyin sana! - dedi.
Xatun aydır:
Qarşım ala, yigit, məni nə mənlərsən?
Keçmiş mənim günümi nə andırarsan?
Qalqubanı yerindən duran Qazan!
Qaragöz atın belinə yatan Qazan!
İlğıyuban qara dağım yıqan Qazan!
Kölgəsicə qaba ağacım kəsən Qazan!
Bıçaq alub, qanadlarım qıran Qazan!
Yalnuzca oğlum Uruza qıyan Qazan!
At üstində əglənməyüb yortan, Qazan,
sənin belin olmuş.
Üzəngiyə dərmiyən dizin olmuş,
Xan qızı halalını tanımayan gözün olmuş!
Bunalmışsan, sana nolmuş?
Çal qılıcın, yetdim, Qazan! - dedi.
Bu məhəldə Oğuz ərənləri bir-bir yetdi. Görəlim, xanım, kimlər yetdi. Qara dərə ağzında Qadir verən, qara buğa dərisindən beşiginin yapuğı olan, acığı tutanda qara daşı kül eyləyən, qara bığın yedi yerdə ənsəsində dügən Qazan qardaşı Qaragünə çapar yetdi: “Çal qılıcın, qardaş Qazan, yetdim!” -dedi.
Anun ardınca, görəlim, xanım, kimlər yetdi. Dəmür qapu Dərvəndəki dəmür qapuyı qapub alan, altmış tutam ala göndərinin ucında ər bögürdən, Qazan kibi pəhlivanı bir savaşda üç kərrə atından yıqan Qıyan Selcik oğlı Dəlü Dondar çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim” -dedi.
Anun ardınca, görəlim, xanım, kimlər yetdi.
Varıban dəstursızca Bayındır xanın yağısın basan, altmış bin kafirə qan qusduran öəflət qoca oğlı Şir Şəmsəddin çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” -dedi.
-« s§iä
Anun ardınca, görəlim, kimlər yetdi.
Parasarın Bayburd hasarından parlayıb uçan, at alaca
gərdəginə qarşu gələn Qalın Oğuz imrəncəsi, Qazan bəgin yınağı Boz ayğırlu Beyrək çapar yetdi: “Çal qılıcın, xanım Qazan, yetdim!” -dedi.
Anun ardınca, görəlim, kimlər yetdi. Çayın baqsa çalmalu, çal qara quş ərdəmlü, qur qurma quşaqlı, qulağı altun köpəli, Qalın Oğuz bəglərini bir-bir atdan yıqan Qazılıq qoca oğlı bəg Yegnək çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” - dedi.
Anun ardınca, görəlim, kimlər yetdi. Yigirmi dört boym oxşayan Dəli Dondar yetdi. Anun ardınca bin qövm başları Dügər yetdi. Anun ardınca bin Bəgdiz başları Əmən yetdi. Anun ardınca doquz qoca başları Aruz yetdi. Saydığımca Oğuz bəgləri dükənsə olmaz.
Qazanın bəgləri həb yetdi, üzərinə yığnaq oldı. Arı sudan abdəst aldılar.
İki rikət namaz qıldılar. Adı görklü Məhəmmədə salavat gətürdilər. Bitəkəllüf kafirə at saldılar, qılıc urdılar. Ol gün cigərində olan ər yigitlər bəlürdi. Ol gün namərdlər sapa yer gözətdi. Bir qiyamət savaş oldı, meydan dolu baş oldı. Qiyamətin bir güni oldı. Bəg nökərdən, nökər bəgdən ayrıldı.
Daş Oğuz bəgləri ilə Dondar sağa dəpdi. Cılasun yigitləriylə Qarabudaq sola dəpdi. Qazan kəndü dopa dəpdi. Təkür ilə Şökli Məlikə həvala oldı. Bögürdübəni atdan yerə saldı. Alca qanın yer üzərinə dökdi.
Sağ tərəfdə Qara Tükən Məlikə Dondar qarşu gəldi, qılıcladı yerə saldı. Sol tərəfdə Buğacıq Məlikə Qarabudaq qarşu gəldi. Sancubanı yerə çaldı, dəpərtmədin başın kəsdi.
Boyı uzun Burla xatun qara tuğm kafirin qılıcladı, yerə saldı.
Təkür alındı, kafir qaçdı. Dərələrdə kafirə qırğun girdi. On beş bin kafir: kimi qırıldı, kimi tutuldı.
Qazan, oğlı üzərinə gəldi. Endi, əlin çözdi. Quca-quca ata ilə oğul görüşdi.
Üç yüz yigit Oğuzdan şəhid oldı. Qazan oğlancuğm qurtardı, gerü döndi. öəza mübarək oldı. Oğuz bəgləri toyum oldı.
Ağca qala Sürməlüyə gəlüb, Qazan qırq otaq dikdirdi. Yedi gün yedi gecə yemə-içmə oldı. Qırq evli qulla qırq ca-
§ S e h -
riyə oğlı başına çevirdi, azad eylədi. Cılasun ərənlərə qara ölkə verdi, cübbə-çuqa verdi.
Dədəm Qorqut gəlübən şadlıq çaldı. Bu oğuznaməyi düzdi-qoşdı.
Böylə dedi:
İmdi qanı dedügim bəg ərənlər!?
Dünya mənim deyənlər!
Əcəl aldı, yer gizlədi;
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Axirət-son ucı ölümli dünya!..
Yum verəyim, xanım:
Yerlü qara dağın yıqılmasun!
Kölgəlicə qaba ağacın kəsilməsün!
Qamın aqan görklü suyun qurımasun!
Qanadlarun ucı qırılmasun!
Qadir səni namərdə möhtac etməsün!
Çaparkən ağ-boz atın büdrəməsün!
Çalışanda qara polat uz qılıcın gedilməsün!
Allah verən umızın üzülməsün!
Axır-sonı arı imandan ayırmasun!
Ağ alnunda beş kəlmə dua qıldıq,
qəbul olsun!
Yığışdırsun-duruşdursun günahınızı,
Adı görklü Məhəmmədə bağışlasun!
Xanım, hey!
Kitabxana.az · https://kitabxana.az/en/works/xalq-kitabi-dede-qorqud-boy-4
Use ← → keys to move, R for a random poem
More by this author
Mərd igidlər, dava günü gəlibdi,At sürüb meydana çıxan gündü bu.
HoyduDolun at belinə, qoç dəlilərim,Xotkarı taxtından endirən, hoydu!
Mənəmİstərəm ki, tanıyasan mən mərdi,Çəkib şəhərləri taladan mənəm,
Mənmi qocalmışam, ya zəmanəmiTitrəyir əllərim, tor görür gözüm,Mənmi qocalmışam, ya zəmanəmi?