ای دل، به سرِ مویی، آزاد نخواهی شد.
ای دل، به سرِ مویی، آزاد نخواهی شد.مویی شُدیَ انْدَر غَم، هم، شاد نخواهی شد.
در عافیت آبادت از رخنه درآمد غم،پس رخنه چنان گشتی کآباد نخواهی شد.
پولاد بسی دیدم، کو آب شُدَ ازْ آتش،تو آب شدی، زین پس پولاد نخواهی شد.
ای غمزدهیِ خاکی —کز آتشِ غم جوشی—آبی —که جز از آتش— بر باد نخواهی شد.
تا داد همی جوئی، رنجورتری. مانا!کز خود شوی آسوده، از داد نخواهی شد.
تا چند کنی کوهی، کو را نَبُوَد گوهر؟در کندن کوه، آخر، فرهاد نخواهی شد.
میدانِ مَلامت را، گر گوی شدی، شاید؛کایوانِ سلامت را، بنیاد نخواهی شد.
از مادرِ غم زادی، آلودهیِ خون، چون گل؛با هیچ طَرَب، چون مُل، همزاد نخواهی شد.
از ریزشِ اشکِ خون، کوفه شدی از طوفان؛روزی ز دلافروزی، بغداد نخواهی شد.
خواهی، دَمِ شاهی زَن، خواهی دَمِ درویشی؛کز غم، به همه حالی، آزاد نخواهی شد.
خاقانی اگر، عهدی، یاد تو کند عالم،تو، عهدِ کریمانی، کز یاد نخواهی شد!
Bir tük qədər, ey könlüm, azad ola bilməzsən,
Qəmdən tükə dönmüşsən, bil, şad ola bilməzsən.
Qəm gəldi, xarab etdi rahatlıq evin, heyhat!
Alt-üst elədi, bir də abad ola bilməzsən.
Mən çox poladı gördüm - atəşdə suya döndü,
Sən də su olarsan, bil, polad ola bilməzsən.
Torpaq sənə qəm verdi, qəm atəşinə yandın,
Odla yox olan, ey su, azad ola bilməzsən.
Gəzdikcə ədalət sən, tuş gəlmədəsən zülmə,
Ölsən də, ədalətdən imdad ala bilməzsən.
Gövhər tapa bilməzsən, ömrün boyu dağ çapsan,
Dağ çapmaq ilə axır Fərhad ola bilməzsən.
Meydani-məlamətdə bir kəs ola bilsən də,
Eyvani-səlamətdə bünyad ola bilməzsən?
Gültək qəm anasından qan içrə doğuldunsa,
Şadlıqda meyə ancaq həmzad ola bilməzsən.
Qanlı yaş axıtmaqla Kufə kimi qərq oldun,
Bir gün belə həşmətli Bağdad ola bilməzsən.
İstərsən əgər, şah ol, istərsən əgər, dərviş,
Hər halda, bu qəmlərdən azad ola bilməzsən.
Xaqani, gələr bir gün, aləm səni xatırlar,
Lakin o şən aləmdə, ey dad, ola bilməzsən!
Kitabxana.az · https://kitabxana.az/en/works/xaqani-qeside-53
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yurduma bahar gəlibƏynində yaşıl donu.
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,
BilmərəmEy dost, sənin bağın cənnət, narın üzə bilmərəm,Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm.
Qarabağlı Mehdi bəyə yazdığı müfəssəl həcvdən bir neçə parçaBunca kar idi saldın arəyə sağ olmaQoşulub hər dəliyə sən dəxi sərsağ olma