هر تار ز مژگانش تیری دگر اندازد
هر تار ز مژگانش تیری دگر اندازددر جان شکند پیکان چون در جگر اندازد
کافر که رخش بیند با معجزهٔ لعلشتسبیح درآموزد، زُنّار دراندازد
دلها به خروش آید چون زلف برافشاندجانها به سجود آید چون پرده براندازد
در عرضگه عشقش فتنه سپه انگیزددر رزمگه زلفش گردون سپر اندازد
شکرانهٔ آن روزی کاید به شکار دلمن زر و سر اندازم گر کس شکر اندازد
از روی کلهداری بر فرق سراندازاناز سنگدلی هر دم سنگی دگر اندازد
هان ای دل خاقانی جانبازتری هر دمدر عشق چنین باید آن کس که سر اندازد
این تحفهٔ طبعی را بطراز و به دریا دهباشد که به خوارزمش دریا به در اندازد
تا تازه کند نامش در بارگه شاهیکهافلاک به نام او طرز دگر اندازد
Hər kirpiyi sinəmə bir təzə peykan atar,
Oxlar sınar qəlbimdə, ciyərimdən qan atar.
Tərsa üzünü görsə, dodağı möcüzündən,
Təsbeh alar əlinə, zünnarı çoxdan atar.
Könüllər cuşa gələr telinə şanə çəksə,
Üzünü açsa, aləm səcdəsinə can atar.
Eşqinin aləmində fıtnə qoşun qaldırar,
Hüsnünün meydanında fələklər qalxan atar.
Şikara gəlsə hərgah qəlbimi, şadlığından,
Ayağının altına özünü qurban atar.
Başından keçənlərə o daş ürəkli sultan,
Daş yaqdirar, mərhəmət fikrini başdan atar?
Eşq yolunda candan keçənsən, ey Xaqani!
Qadam bu yola ancaq fədakar insan atar.
Təbinin töhfəsini dəryaya tulla, bəlkə,
Xarəzmdə sahili güclü bir tufan atar.
Adın şah sarayında çəkilməyə təzədən,
Bəlkə sənin adına fələk bir fərman atar.
Kitabxana.az · https://kitabxana.az/en/works/xaqani-qezel-94
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Şuri-eşqin başıma axırı sövda gətirir,Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.
Dedim, dediDedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
بلبلِ خوش نغمهام، با گل سخن باشد مراسرمهٔ خاموشی از زاغ و زغن باشد مرا