Gözəl, səndə nə qaydadı,Gedəni yoldan eylərsən.Salarsan eşqin oduna,Ulusdan, eldən eylərsən.

Mən ha billəm sən əttarsan,Qənd ilə noğul satarsan.Dəryalara tor atarsan,Sonanı göldən eylərsən.

Gözəl, nə bildin halımı,Əyibsən qəddü-dalımı.Mən Qasıma bu zülümü,Kim eylərdi, sən eylərsən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets