Həzl kərdəne-mə’şuq namera (Mə’şuqənin məktuba istehza etməsi)
Ey yüzü qara, füzul, ədəbsiz,Heç bilimədiniz nədir ədəb siz.Ari su toxunsa tər bolursan.Yeldən dəxi dərbədər bolursan,Əslindürür ol çürük ləvatəKim, dirələr ani əz sibatə.Gərçi səni əhli-mə’ni derlər,Çox sözüni bülməəni derlər.Yüzün ikidir, biri siyəhdir,Hər ruyi-siyah pür günəhdir.Qəddini qılur yazan kişi xəm,Ta olmayasan hava görüb nəm.Kim sən təki sudan eyləsə bak,Nabak derəm ki, olmaz ol pak.Nə suyə giricisən, nə oda,Daim sən olasan uş bu xuda.Gər zahirinizdə nəstə yoxdur,Leyk alacalığ içində çoxdur.Salus kimi əridübən daş,Bir barmağ açub sirin qılur faş.Görən kişi səndə bu səbati,Sürtər yüzinə gəhi dəvati.Hey beylə cəvanü hərzə gusən,Ğeybətçi, yalançı tubetusən.Çox yerdə yüzünə xak edərlər,Çox suda yaxanı çak edərlər.Biəqlü zəbanü bibəsərsən,
Anın içün çü xaki-sərsən.Qılsam səni parə-parə şimdi,Etsəm yüzüni qarə şimdi,Heyfa ki, başında nami-həqdirKim, əksük işin təmami həqdir.Məndən hələ var o xamə söylə,Çox elçi uyurma, namə söylə.Hər ləhzə xəyali-fasid etmə,Özin tanımazni qasid etmə.Çox etmə dəxi bu fikri-xami,Bir çöpə degil yanımda nami.Sevdayi-əbəs dəxi bişürmə,Ol mərtəbədən özün düşürmə.Dutma dəxivəslimə ümidi,Gün adətim oldu naümidi.Demə dəxi möhməlü əbəslər,Söylər əbəs işi bulhəvəslər.De məndən ana bu neçə sözni,Dutmayə dəxi vüsalə gözni.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-dehname-hezl-kerdene-me-suq-namera-me-suqenin-mektuba-istehza
Use ← → keys to move, R for a random poem
More by this author
Hər sübhdəm ki, kuyi-sənəmdən səba gəlür,Qəmgin könül məqaminə yüz min səfa gəlür.
Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlürHər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür,Canimə bir od düşür, bu dilimə yahu gəlür.
Həsrətin dərdindən, ey can, bağrım oldu parələrHəsrətin dərdindən, ey can, bağrım oldu parələr,Suzi-eşqin yürəgimdə hər dəm eylər yarələr.
Hüsni-rüsxarın, kim, oldu canü dil heyran onaHüsni-rüxsarın, kim, oldu canü dil heyran ona,Vədəyi-dövri-qəmərni tapşırır dövran ona.