Ey bülhəvəsü şikəstə ğəmnak,Yüz sən tək olursa, eyləmən bak.

Kur olsa be giryə hər du çeşmin,Nə sürmə verəm, nə bir ovuc xak.

Əlin kəsərəm bu damənimdən,Gər yaxən olursa yüz gəz çak.

Gər bəhri-cəvahir olsa şe’rin,Sallam bekənar həmçu xaşak.

Sən adəm isən, firiştəyəm mən,Pak ilə hərim olurmi napak?

Mən yerdə ününi dinləməzmən,Fəryadın əgər yetər be əflak.

Vəslümə Xətayi şad bolmaz,Ğəmnak dil olsa, didə nəmnak.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets