Huşimni çü mərkab etdi namə,Əzm etdi ki, varə dilrübamə.Götürdü anı həvayə ol huş,Pər çaldı gedər çü namə bir quş.Gəh pay ilə getdi, gah bər sər,Gəh bəhr keçərdi, gah bər bər.Saxlardı özüni cayi-xəmdən,E’raz qılurdu abü nəmdən.Gəh yazı kəsib gedirdi yola,Gəh yel aparırdı anı kola.Yetürdü özüni hər neçük var,Ol bağə ki, mənzil etdi dildar.Gördü yenə bağbani nagah,Bir namə yenə be huş həmrah.Gəldi yanına nihani ol dəm.Ta qıla məlamət ani ol dəm.Görgəc ani namə boldu lərzan,Çün bid bevəqti-badü baran.Der, yenə gəlibsən, ey həyasız,Əldən bu işi nola qoyasız.Bu sözü dəxi demə yanında,Çox acığı var anın canında.Namə dedi key mürəbbiyi-bağ,Qoy mən oluram bu yerdə toprağ.Sən eylər isən əgər müdarə,Mən yetürərəm sözümni yarə.Namə çü varub yükündi yarə,Mədh etdi nigari-gül’üzarə.Çün baxuban ani gördü məhru,Dedi: – Yenə gəldin, ey siyəh ru.

Qorxu bilə namə düşdü lərzə,Olmaya dedi sözümdə hərzə.Şükr etdi başında hu görəndə,Öz adimə qıldı tu görəndə.Sər ta qədəm oxudu kitabi,Başladı itab ilən xitabi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love