Və’deyi-vəsl edəli bir qılca qaldı canımız,Göglərə irsə, iribdir, naləvü əfğanımız,Yola baxmaqdan çıxıbdır dideyi-giryanımız,Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?

Gülşəni-baği-cinansan, eşq ola didarına.Mən dəxi bir bülbüli-şuridəyəm gülzarına,Yürü, ey yari-vəfasız, durmadan iqrarına,Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?

Hər xaçan cami-şərabi-şiveyi nuş eylədin,Etdigin qövlü qərarı həp fəramuş eylədin,Çeşmi-məxmurinlə mən miskini sərxoş eylədin,Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?

Al səhabi-ruyini hüsnin tək olsun hər zaman,Mehr ilə dolsun, mənim mahim, əzminü asiman.Söylədin könlüm alınca mənə min dürlü yalan,Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?

Əbri-baran kimi ağlarkən Xətayi zar-zar,Gözünün yaşı edərdi, durma, derdin aşikar,Dün gecə kuyində oldum sübh olunca intizar,Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring