Bu sirri bir sən bil
Sən Allah, qırağa çıxmasın bu söz,Bu sirri bir sən bil, bir də mən bilim.Kiminsə evini yıxmasın bu söz,Bu sirri bir sən bil, bir də mən bilim.
Ölərmi dilindən, sözündən öpən,Kimin baxışıydı gözündən öpən?Kimin dodağıydı üzündən öpən,Bu sirri bir sən bil, bir də mən bilim.
Sevgi ömürlükdü, bircə an deyil,Sənsiz bir cansızam, canım can deyil.Allahın özü də sirr açan deyil,Bu sirri bir sən bil, bir də mən bilim.
Dilim nə danışdı, əlim nə dedi,İçim nə qaynatdı, çölüm nə dedi.Həyat nə söylədi, ölüm nə dedi,Bu sirri bir sən bil, bir də mən bilim.
Sən yanar ulduzsan, mən doğan Ayam,Sən axar çeşməsən, mən dəli çayam.Kimlərə sovqatam, kimlərə payam,Bu sirri bir sən bil, bir də mən bilim.
Sən şadlıq istədin, fərmanın oldu,Sən əlac istədin, dərmanın oldu.Zəlimxan neçə yol qurbanın oldu,Bu sirri bir sən bil, bir də mən bilim.2007, 2 noyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bu-sirri-bir-sen-bil
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Nədir eşqindən özgə canım ey dustOdur can ilə çün cananım,ey dust
Pişvaqiədən: Çərx hirətdədir aya nə təmayüldə imişÇərx hirətdədir aya nə təmayüldə imiş,Meyli-xurşidi-fələk hansı şəmaildə imiş
Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlarYenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar,Rəvan eylər iki gözdən dəmadəm əşki-al, ağlar.
AnaAnam Suğranın əziz xatirəsinə*Məzarının başından