Görək kim çıxacaq yaza bu qışdan
Gözüm su içmədi gəlhagəlindən,Çəkdim dönə-dönə cəza bu qışdan.Don vurar, qar basar, qırov üşüdər,Çəkməz gözlərini qəza bu qışdan.
Qışın gözü yaşlı, kirpiyi nəmli,Kimi dindirirsən könlü ələmli.“Bir mirzə lazımdı əli qələmli”,Boşalda qəlbini, yaza bu qışdan.
Dişini qıcayıb zamana, baxta,Axşamı ayazdı, səhəri şaxta.Kim ölə, kim qala, qismətə, baxta,Görək kim çıxacaq yaza, bu qışdan.
2007, 9 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gorek-kim-cixacaq-yaza-bu-qisdan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Çərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
MənimçünKimsənəm yox mənə yazsın bir namə,Qürbət içrə bu diyarə mənimçün.
Talıb bəy VəzirovaAyırdın mənə, Talib, ki, əzən xub oldun,Nəzəri-mərhəmətü lütfilə mərğub oldun.
Fələk sayır, mən sayıram…Rəhmətlik anam həmişə dara düşəndə*deyərdi: - Sən saydığını say, gör fələk*