Yar ilə vəfanı bir dəfə bağla,Yersizdi yüz iman, yüz ilqar, dedim.Dostun ətəyindən dördəlli tutdum,Yaşasın arada düz ilqar, dedim.

Yaxşıya can vermək adətdi məndə,Gərək sevgisinə qul ola bəndə.Nəcib nanəcibə yaxın gələndə,Kəs əhdi-peymanı, üz ilqar, dedim.

Dostum dost olanda canı sağ ollam,Yanağı saralmaz bağça-bağ ollam.Cavan Zəlimxanam, uca dağ ollam,Saxlaram başımda yüz ilqar, dedim.

1973, 14 oktyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love