Qəlbimdən qan damır, gur ocaqlarınYerində kül görüb, qor görən günü.Varlıq gözlərimdə heçliyə dönür,Gözlərim dünyanı tor görən günü.

Mələk ömrü yaşa, nə əzil, nə əz,Baş vur bu dünyaya, hey gəzdikcə gəz.Yaşamaq bir qara qəpiyə dəyməz,İnsan ayaq üstə gor görən günü.

Məhəbbət işığım, sevgi şamımdı,Dağ arxam, el gücüm, haqq ilhamımdı.Mənim ən müqəddəs toy-bayramımdı,Kar eşidən günü, kor görən günü.

2000, 2 fevral

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets