Nə qorxu
Bahar buluduyam, yaz yağışıyam,Duyğular coşanda sellənəsiyəm.Dərədə çay ollam, dağda şəlalə,Sonalar eşqinə göllənəsiyəm.
Hər gələn səhərim bir yeni bəstə,Əritdim ömrümü nəğmədə, səsdə.Hər sözüm qonanda dodaqlar üstə,Ürəkdən gül açıb güllənəsiyəm.
Tanrı kəfən biçsə buluddan mənə,Torpaq hasar çəksə sükutdan mənə,Nə qorxu ölümdən, tabutdan mənə,Mən ki zaman-zaman dillənəsiyəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ne-qorxu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Xaliqi-ləmyəzəl edəydi imdad,Həsrət gözüm intizarı gələydi.
BülbülSəhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
Qaraçı qızQaraçı qız sinəsini verib qabağaKirpiyindən, dodağından məhəbbət axır.